Bizim QURBANIMIZ var - 39

single-news
13 Apr 2011

Bizim QURBANIMIZ var - 39



O, Azərbaycanda tabulaşmış standartları məhv edən şəxsdi. O, Azərbaycanlıya ümid verən, ona inamı göstərən şəxsiyyətdi. O, sevməyi, öz gücünə, ruhuna inandırmağı bacaran dahidi.

O, sadə həyatı, təvözəkar xarakteri, həssas qəlbi, peşəkar yanaşması, bitməyən enerjisiylə onu tanıyanların qürurlandıran qürurudu. O qədər sadədir ki, heç bir zaman  qazandıqlarıyla öyünməyib. O qədər təvözəkardır ki, ölkədə ona edilə biləcək ən dəyərli zəngi utandığından gizlətmək istəyib. O qədər həssasdır ki, böyük bədənində gizlənən qəlbini titrətmək üçün incə tel belə yetər. O, bizləri özü kimi bilən, bizlərin onun fərqiylə böyüdüyümüzü yaşadan şəxsdi. O, sadəcə, Qurban Qurbanovdu...

Bu gün Azərbaycan futbol tarixinin ən yaxşı bombardiri, Azərbaycan futbol tarixinin ən böyük uğurlarına imza atsa da, hər  zaman olduğu kimi var olan Qurban Qurbanovun doğum günüdür. Bu gün Azərbaycanımızın qüruru, `Qarabağ`ımızın ən uğurlu çalışdırıcısı Qurban Qurbanovun 39 yaşı tamam olur.

Biz sevinirik. Çünki, o, bizə sevinməyi, qürur duymağı öyrədib.  Biz sevinirik Allahın bizə verdiyi Qurbana görə. O, qurbanlıq deyil, onu sevənlərin Allahın verdiyi lütfü niyazlandıran Qurbanıdır. O, bizim Qurban Qurbanovdur. Hamının sevdiyi, özünə dost-qardaş bildiyi, güvəndiyi, mərdliyinə, dürüstlüyünə etiqad etdiyi Qurban Qurbanovdur. O, sadəcə, Qurban Qurbanovdu...

Əslində, Qurban Qurbanovun şəxsiyyətinə ən gözəl qiyməti başqanımız Tahir Gözel vermişdi:`Bir insanın ki ad və soyadı eynidir, bu onun dürüstlüyünün ən böyük örnəyidir.`

Əlavə sözə ehtiyac varmı? Məncə, yox. Başqanımız qədər uzaqgörən olmasaq da, Qurban Qurbanov fenomeni və dəyərini bu gün `Qarabağ` ailəsi könlündə, ürəyində yaşadır. Biz sevinirik, sabahımızda Qurbanlı günlər üçün..

Yaxşı ki, varsan, Qurban müəllim. `Qarabağ` ailəsi səninlə keçirdiyi 3 ildə o qədər doğmalaşıb ki, bu gün sadəcə 3-lərin qoşalaşmasını diləyirik. Bu bizim Yaradandan diləyimiz və muradımızdır. Və nə yaxşı ki, bizim QURBANIMIZ var...

 

Nurlan Əziz

`Qarabağ` ailəsi adından...

Paylaş

// pop up