“Bizim üçün vacib oyun oldu”
“Bizim üçün vacib oyun oldu”
Misli Premyer Liqasının 24-cü turu çərçivəsində baş tutan “Zirə” - “Qarabağ” oyunundan (1:3) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bölüşüb:
“Futbolçularımı təbrik edirəm. Meydanda çox yaxşı mübarizə, dinamika oldu. Bizim üçün vacib oyun oldu. Qarşımızda çox istəkli, bizi yaxşı analiz edən kollektiv var idi. Sona qədər təslim olmadılar, bizə rahat oynamaq imkanı vermədilər. Hər iki komandanın azarkeşlərinə də təşəkkür edirəm. Optimal formamızdan hələ bir az uzağıq, tam özümüzə gəlməmişik. Futbolçularımız Çempionlar Liqasının hər matçında enerji itirdilər, komandamız psixoloji cəhətdən çox yoruldu. Gərgin mövsüm keçdi. İnanıram ki, qarşıdakı oyunlara daha yaxşı köklənəcəklər. Millilərin görüşlərindən sonra yenidən sıx qrafikdə çıxış etməyə başlayacağıq. Yenə də çalışacağıq ki, futbolçuları tam hazır edək ki, bu sıx qrafikə uyğunlaşsınlar”.
