BLOXİN ŞEVÇENKONU ÇAĞIRIR

single-news
26 Dek 2007

BLOXİN ŞEVÇENKONU ÇAĞIRIR



Ukrayna millisinin keçmiş baş məşqçisi və “Moskva”nın hazırki məşqçisi Oleq Bloxin İngiltərənin “Çelsi” komandasında hücumçu kimi çıxış edən Andrey Şevçenkonu öz komandasında görmək istəyir. Şevçenkonun qiymətinin 30 milyon funt sterlinqə bərabər olması da Bloxini narahat etmir. Daha bir problem isə futbolçunun illik əmək haqqısı ilə bağlıdır. Hücumçunun illik əmək haqqı 6 milyon funta bərabərdir.

Bloxin  mətbuata bildirib ki: “Bizim yüksək səviyyəli forvarda ehtiyacımız var. Mən Andrey Şevçenkonu “Moskva”da görmək istəyirəm. Biz vaxtilə Ukrayna millisində onunla birlikdə çalışmışıq. Zənnimcə əgər o “Moskva”ya gəlməyi qəbul etsə daha məhsuldar oyun nümayiş etdirə bilər. Mənə elə gəlir ki, onun İngiltərədə oyunu elə də uğurlu alınmır. Ancaq bu cür yüksək səviyyəli oyunçu hər bir komandanı gücləndirə bilər. Şevçenko artıq 18 aydır ki, “Çelsi”nin heyətində çıxış edir. Ancaq cəmi 6 qol vura bilib. O cür oyunçu üçün bu nəticə elə də yüksək hesab edilə bilməz”.

Paylaş

// pop up