BOBOYA REKORD CƏZA

single-news
24 Mar 2008

BOBOYA REKORD CƏZA



 Çempionlar Liqasının bitməsinə sayılı günlər qalıb. Son oyunda məğlub olaraq çempionluq yolunda ağır zərbə alan “Beşiktaş” təsəlli matçlarına çıxır. Bu ağır matçda ən böyük cəzanı alan isə braziliyalı Bobo oldu. Rəqibinə yumruq atdıqdan sonra qırmırzı vərəqə alaraq meydandan qovulan braziliyalı bununla da yetinmədi. Meydanı tərk edərkən hakimi itələməklə cəzasını daha da ağırlaşdırdı. Mövsümün sonunda “Beşiktaş”dan ayrılması gözlənilən “sambo”cu 50 min dollar məbləğində cəzalandırıldı. Bu azmış kimi hakimə etdiyi kobudluğa görə onun yeni bir cəza almaq ehtimalı da var. Matçdan sonra texniki heyətlə baş tutan görüşmədə Bobo üzr istəsə də  yaxasını cəzadan qurtara bilmədi. Menecer Sinan Engin də bu haqda öz fikrini bidirdi: “Bu saatdan sonra nə desək, nə etsək hamısı boşuna olacaq. “Beşiktaş” formasını geyən oyunçuların bu qədər məsuliyyətsiz hərəkət edib qırmızı vərəqə almağa haqları yoxdur. Biz nə qədər desək də “hakim səhv edə bilər”, ancaq bu o demək deyil ki, futbolçu hakimə qarşı kobudluq etməlidir. Hər bir futbolçu özünü idarə etməyi bacarmalıdır. Oynadığımız futbol həvəskar futbol deyil. Amma hər halda məğlubiyyəti Bobonun adına yazmaq da düzgün olmazdı” deyə fikrini tamamladı .Ancaq bir fakt dəqiqdir ki, Bobo “Fənərbağça” və “Sivasspor” matçında meydanda görünməyəcək.

Paylaş

// pop up