Bojan Pavloviç ilk oyunu haqda nə dedi?

single-news
24 Fev 2011

Bojan Pavloviç ilk oyunu haqda nə dedi?



`Qarabağ`ımız qış fasiləsində sıralarını yetərincə genişləndirdi. Komandamıza yeni qoşulan futbolçulardan Bojan Pavloviç `Gəncə` ilə oyunda ilk rəsmi oyununa çıxdı. 24 yaşlı qolkiper komandamız 6-cı ardıcıl qələbəsinə əla oyunuyla töhfə verdi. Xüsusilə, serbiyalı qolkiperin son dəqiqələrdəki `seyv`i xoş sözlərə layiqdi. Görəsən, Bojan özü ilk oyunu və ümumiyyətlə, `Qarabağ` haqqında nə fikirləşir:` Təbii ki, ilk oyun olduğuna görə bir qədər həyəcan vardı. Amma bu o demək deyilki özümə inanmırdım. Zənnimcə, ilk oyunumda piS durmadım. `Seyv`lərə gəlincə, qapıçının əsas işi qol buraxmamaqdır. Mən də öz işimi görmüşəm.İlk oyunda qapını toxunulmaz saxladığıma görə şadam. Komandamızın qələbəsi də cox vacib idi. Axı, meydanın vəziyyəti heç də ideal deyildi. İndi qarşıda `Turan`la oyun var. Rəqib alt sıralarda qərarlaşsa da bilirəm ki, kubokda onlara məğlub olmuşuq. Ona görə də təhlükəli rəqibə qarşı diqqətli olmalıyıq. Bu oyunda da qələbə qazanıb final mərhələsinə yaxşı əhval-ruhiyyədə başlamaq istəyirik.`

Bojanın `Gəncə` ilə oyundakı möhtəşəm `seyv`i..

 http://www.qarabagh.com/1987/?name=videosif&lang=1 

Paylaş

// pop up