`Boluspor` 0 - 1 `Qarabağ` Canlı - fotolar
`Boluspor` 0 - 1 `Qarabağ` Canlı - fotolar
`Qarabağ`ımız növbəti hazırlıq matçında `Bolu`yla Boluda qarşılaşır. Oyun 19:30-da başlayacaq.
`Qarabağ` - Miro, Kamil, Zaur, Eltun, İlqar, Emin M, Toğrul, Emin İ, Bəxtiyar,Demir, Rauf.
1` - Oyuna `Bolu` başladı
4` - İlk qol imkanı. Demirin ara ötürməsindən sonra Bəxtiyar qapıçı ilə təkbətək qalsa da, qapıçı dueldən qalib ayrıldı
11` - `Boluspor`uun cavabı özünü gözlətmədi. Yandan asmanı rəqib hücumçu baş zərbəsi ilə uzaq küncə göndərdi. Qapıçımız Miro mükəmməl reaksiya ilə topu tuta bildi
20` - Cərimə meydançası yaxınlığında Raufa qarşı kobudluq. Təhlükəli ola bilər
21` - İlqar Qurbanovun zərbəsi canlı səddən döndü
22` - Toğrul qapıçı ilə təkbətək çıxsa da zərbəsi dəqiq olmadı
31` - Raufun ötürməsindən sonra Emin yandan cərimə meydançasına daxil olsa da hakim oyundan kənar vəziyyət qeydə aldı
34` - Dəmirin ötürməsindən sonra Emin zərbə vursa da zərbəsi dəqiq olmadı
39` - Raufa qarşı kobud oyun. İlqar Qurbanovun zərbəsini qapıçı çətinliklə qaytara bildi
43` - Təhlükəli hücum. Emin Mustafayevin zərbəsi yandan keçdi.
45` - İlk yarı başa çatdı 0-0.
46` - İkinci yarıya `Qarabağ`ımız başladış Mironu Fərhad əvəzləyib.
55` - Komandalar hücum qurmaqda çətinlik çəkirlər.
Yaxın dəqiqələrdə meydanda futbolçuları komandamızın digər futbolçularının əvəzləyəcəyi gözlənilir. Onlar hal-hazırda menydanın kənarında isinmə hərəkəti edirlər.
61` - Rəşad Sadıxov, Admir Teli, Maksim Medvedev, Ansi Aqolli, Qara Qarayev, Əfran İsmayılov, Vüqar Nadirov, Elnur Abdulov, Tural İsgəndərov, Riçard Almeida oyuna daxil olurlar.
64` - Oyunda üstünlük tamamilə komandamızın tərəfinə keçib. Cinahlar çox fəaldırlar
66` - Sağ cinahdan Əfranın cərimə meydançası daxilində ideal ötürməsindən sonra Elnur topa qeyri dəqiq zərbə ilə yadda qaldı
68` - Mükəmməl hücum. Tək toxunuşla 4 ötürmə ilə Əfran qapıçı ilə üzbəüz qaldı. Zərbəni qapıçı tuta bildi
74` - Elnur Abdulov oyundankənar vəziyyətə düşür
81` - Əfranın 2 oyunçunu arxada qoyaraq zərbəsini qapıçı tuta bildi
83` - QOLLL ! Ansinin ötürməsindən sonra Riçard hesabı açdı
88` - Əfranın təhlükəli ötürməsini müdafiəçi az qala öz qapısından keçirəcəkdiş qapıçı son anda təhlükənin qarşısını ala bildi
89`- Riçardın cərimə zərbəsi təhlükəli alındı
90` - Oyun `Qarabağ`ımızın qələbəsi ilə başa çatdı
Oyundan şəkillər FOTOQALEREYA bölümündə...