BOMBA PARTLADI ! ! !

single-news
5 Yan 2006

BOMBA PARTLADI ! ! !



Dünən Qalatasaray futbolçularından Tomas və İliç Antalyaya getməkdən imtina etdilər. Klubun İdman Direktoru Bülent Tülündə Antalyaya getmədi... HƏLL EDİLƏ BİLƏR, AMMA . . . Ölkələrində olmaları səbəbindən bir neçə gündür başlayan məşqlərə qatılmayan Tomas və İliç dünən əmək haqlarını ala bilməmələri səbəbindən komanda ilə Antalyaya getməkdən imtina etdilər. Bu rəhbərliyi pis vəziyyətə saldı. Düzdür, klub iki futbolçunun pulunu verməklə problemi həll edəbiləcək durumda olsa da, bu dəfə digər futbolçuların da bu addımı atacağından çəkindi... RƏHBƏRLİKDƏN HEÇ KİM GETMƏDİ . . . Bir gün əvvəl Tülün "Tomas və İliç mənimlə birgə Antalyaya gedəcək" mesajını verdi. Klub Antalyaya gedəndə isə, bu futbolçuların olmaması onun da səfərə çıxmasından imtina etməsinə gətirib çıxardı.Klubun yanında olmalı olan Fatih Gökşen də "mən o təlim-məşq toplanışında səlahiyyətli olmadığımdan Antalyaya getmədim, amma könlüm onların yanında" dedi... Xatırladaq ki, "Qalatasaray" Efes Pilsen Cup-da ilk oyununu yanvarın 7-də Antalya Atatürk stadionunda Almaniyanın "Borussiya" klubuna qarşı keçirəcək. Matç Bakı saatı ilə 22:00-da keçiriləcək.

Paylaş

// pop up