`Borussiya` 7-ci dəfə Almaniya çempionu oldu
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5321.jpg)
2 May 2011
`Borussiya` 7-ci dəfə Almaniya çempionu oldu
Dortmundun `Borussiya` klubu tarixində 7-ci dəfə Almaniya çempionu olub. Yurgen Kloppun komandası bu uğura Bundesliqada mövsümün sonuna 2 tur qalmış nail olub.
`Qarabağ`ı Avropa Liqasının `pley-off` mərhələsində dayandırmış dortmundlular 81000 azarkeşin gözü önündə `Nürnberq`i 2:0 hesablı məğlubiyyətə uğradıblar. Lukas Barrios və Levandovskinin vurduğu qollar `sarı-qara`lılara qələbə gətirib. Paralel keçirilən oyunda `Bayer` səfərdə `Köln`ə uduzduğundan, `Borussiya ` əlçatmaz olub.
Beləliklə, Yurgen Kloppun yetirmələri 9 illik fasilədən sonra Almaniyanın ən böyüyü olma sevincini yaşayıblar.