`Borussiya` ardıcıl 2-ci dəfə çempion oldu
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5613.jpg)
23 Apr 2012
`Borussiya` ardıcıl 2-ci dəfə çempion oldu
Almaniya Bundesliqasının 2011-2012 mövsümü üçün qalibi müəyyənləşdi. Böyük `5`-lik çempionatlarında ilk olaraq Dortmund `Borussiya`sı sona iki tur qalmış çempionluğunu elan etdi.
Dortmund klubu Münhenqladbax `Borussiya`sını qəbul etdi və İvan Perişiçlə Şinji Kaqavanın qolları sayəsində qələbə qazandı. Bununla da `Borussiya` ardıcıl iki mövsümdə Bundesliqanın qalibi oldu. Bu komandanın tarixində 8-ci çempionluğudu. Dortmund klubu 2011 və 2012-ci illərdəki çempionluğundan əvvəl 1956, 1957, 1963, 1995, 1996 və 2002-ci illərdə Bundesliqanın qalibi adını qazanıb.