Bosniya və Hersoqavina beynəlxalq aləmdən təcrid olundu

1 Apr 2011
Bosniya və Hersoqavina beynəlxalq aləmdən təcrid olundu
Bosniya-Herseqovina beynəlxalq yarışlardan çıxarılıb. FIFA və UEFA-dan idarə heyətinin sistemsizliyi ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilən federasiya nümayəndələri buna məhəl qoymayıb və sonda bu qərarın qəbul edilməsinə səbəb olub.
UEFA-nın bu gün baş tutmuş iclasında məsələ ilə bağlı geniş müzakirə olub və üç ayrı federasiya prezidenti tərəfindən idarə olunan Bosniya-Herseqovinanın UEFA və FİFA bayrağı altında keçirilən yarışlardan iştirak hüququnun ləğv edilməsinə qərar verilib.
Bununla yanaşı, adı çəkilən qurum Bosniya-Herseqovinanın ən qısa zamanda çatışmazlığı aradan qaldıraraq yenidən yarışlara qayıdacağına ümid etdiyini də bildirib. Bosniya-Herseqovina hazırda AÇ-2012-nin seçmə mərhələsinin `D` qrupunda 4 oyundan sonra 7 xalla 5-ci pillədə qərarlaşıb.