BOYAN İLİÇ: “AĞIZLA DEYIL, AYAQLA FUTBOL OYNAMAQ ISTƏYIRƏM”
7 Fev 2007
BOYAN İLİÇ: “AĞIZLA DEYIL, AYAQLA FUTBOL OYNAMAQ ISTƏYIRƏM”
Bojan İliç Azərbaycan gəlmiş çoxsaylı legionerlərdən biri olsa da serb futbolçu digərlərindən sadəliyi və adətən sakit xarakteri ilə fərqlənir. Bəs, görəsən artıq bir ildən çoxdur Azərbaycanda yaşayan yarımmüdafiəçi ölkəmiz haqqında nə düşünür? 27 yaşlı futbolçu kimlərlə dostluq edir? Bojan saytımıza verdiyi müsahibədə bu və ya digər mətləblərə aydınlıq gətirdi...
- Bojan, artıq bir ildən çoxdur Azərbaycandasan. Ölkəmiz haqqında nə fikirləşirsən?
- Etiraf edim ki, ilk dəfə Azərbaycanda oynamaq təklif olunanda ölkəniz haqqına heç bir məlumatım yox idi. Bir neçə ölkədə legioner həyatı yaşasamda qarşıma heç bir məlumat çıxmamışdı. Elə bildim ki, tamamilə uzaq bir yerə səfər etməliyəm (gülür). Lakin atlasda ölkəni axtarıb tapdıqdan sonra elə də uzaq olmadığı qənaətinə gəldim.
- Bəs ilk dəfə Bakıya qədəm basanda coxmu təəccübləndin?
- Yox, deməzdim, Bakı çox gözəl şəhərdir. Mənim yaşadığım şəhərə çox oxşayır. Düzdü, vətənimdən uzaqda olsamda uyğunlaşma problemiylə qarşılaşmadım. Bakıda insanalarda xüsusi hərarət hiss olunur. İnsanlarınız hədsiz dərəcədə qonaqpərvərdir. Burada cox isti qarşılandım. Düzünə qalsa da, bunu heç gözləmirdim. Axı, adını atlasda tapdığım ölkəyə gəlmişdim. (gülür). Ona görədə xüsusi bir problemlə qarşılaşmadım.
- Deməli, adaptasiya problemi yaşamadın...
- Deməzdim ki, xüsusi bir çətinliklə qarşılaşdım. Sadəcə dillə bağlı problemim var. Rus dilini bilsəm də, Azərbaycanca danışa bilmirəm. Cox təəssüflər olsun ki, hələ dilinizdə danışa bilmirəm. Amma deyilənlərin əksəriyyətini başa düşürəm. Ümidvaram ki, tezliklə danışaram da. (gülür)
- Deyirlər ki, Bakını cox sevirsən?
- Hə, elədi. Bakı mənim doğma şəhərim Novi Sada çox oxşayır. Burada da çox vaxt günəşli günlərin şahidi olmaq olur. Novi Sadda Bakı qədər böyük olmasa da Serbiyanın ikinci şəhəri sayılır. Bu baxımdan hər iki şəhərdə ortaq cəhətlər tapmaq asandlır. Məsələn, dənizi misal gətirmək olar. Dənizi çox sevdiyimdən Bakının qiymətini anlatmaq çox çətin deyil.
- Yəqin futbola elə doğma şəhərində başlamısan?
- Hə. Serbiyanın hər yerində olduğu kimi Novi Sadda da futbolu hədsiz dərəcədə sevirlər.
- Bojan, ingiliscə çox sərbəst danışırsan...
- Orta məktəbdə oxuyanda bu dili öyrənə bilmişəm. Sonra ingilis təmayüllü litseydə təhsil almışam. Bu dili mükəmməl öyrəndiyimdən diplomla təltif olunmuşam. Elə yaxşı ki, öyrənmişəm. İndiyə kimi 4 ölkədə futbol oynamışam. Yoxsa, heç birində baş çıxara bilməzdim.
- Yenidən futbola qayıdaq. “Qarabağ” da artıq bir ildən çox oynadığını nəzərə alsaq özünü yeni dost tapmış olarsan.
- Yox, komandada əla atmosfer hökm sürür. Bütün futbolçularla yaxşı münasibətim var. İndiyə kimi hansısa bir futbolçuyla bir problemim olmayıb.
- Amma, hər halda kimisə fərqləndirə bilərsən.
- (Düşünür). Adətən, toplanışlarda Aslanla bir otaqda qalıram. Kapitanla daha yaxşı söhbətimizin alındığını deyə bilərəm. Eyni zamanda Hakan və Namiqlə daha çox ünsüyyətdə oluruq. Elə Qoqanı da unutmaq olmaz. Görürüsüz, siyahı getdikcə uzanır (gülür)
- Bojan, kənardan baxanda son dərəcədə sakit insan təsiri bağışlayırsan
- Düzdü. Amma deməzdim ki, göründüyüm ki, “sakit balayam”. Həyatdan fərqli olaraq, meydanda aqressivəm. Daha dəqiqi, futbol oynarkən, özümü tamamilə unuduram. Amma, bu o demək deyil ki, nə etdiyimdən xəbərim olmur. İnsan yaşa dolduqca get-gedə kamilləşir. Belə də artıq emosiyaları idarə etməkdə asanlaşır. Bu eyni zamanda sənin komandana əlavə problem yaratmaqdan da qoruyur. Ona görədə, meydanda ağızla deyil, ayaqla danışmağı sevirəm.
- Sənin vətənin bir çox dünya səviyyəli ulduzlarn torpağı kimi tanınır. Hər halda futbol idealın da onlardan biri olmuş olar?
- (bir qədər düşünür). Zənnimcə, Dejan Saviçeviç mənim üçün daha qiymətlidir. Futbolu dərk etdiyim ilk vaxtlarda Saviçeviç (hal-hazırda Cenoqoriya FutbolFederasiyasının Prezidentidir-red) “Milan”da at oynadırdı. Yəqin bu səbəbdən ona xüsusi sevgi bəsləyirəm. Mənə görə, Dejan sabiq Yuqoslaviyanın ən yaxşı futbolçusu olub.
- Yəqin səninlə birlikdə vaxtilə, bir yerdə futbol oynamış, lakin indi Avropada top qovan həmyerlin olmamış deyil.
- Mənimlə bir yerdə top qovmuş futbolçuların əksəriyyəti hal-hazırda dünyanın müxtəlif ölkələində futbol yaşamını sürdürür. İsraildən tutmuş Rusiyaya qədər hər yerdə tanış futbolçuya rast gələ bilərəm. Bilirsiz, vətənimdə vəziyyət o qədərdə yaxşı deyil. Ona görədə, futbolçular istənilən məbləğ qarşılığında vətni tərk edirlər. Hal-hazırda, yaxşı pul təkcə, İspaniya və ya İtaliyada qazanılmır. Rusiya və Ukraynada da heç də pis pulların qazanılmaması serblərin istərsədə digər balkan ölkələrinin nümayəndələrinin hər yerdə görmək olar. Elə, təzəliklə“Dinamo”dan “Ankaraspor”a keçən Batak mənim yaxın dostumdur.
- Bojan, şərq mətbəxi öz zənginliyi ilə seçilir. Bəs sən hansı Azərbaycan yeməyinə üstünlük verirsən?
- Yeməklə, elə də aram yoxdu. Ona görədə, milli yeməklərinizlə xüsusilə maraqlanmamışam. Amma, düzünü desəm ən çox pendirinizdən xoşum gəlir.
- Doğrudan? Adətən, qonaqlarımız kababı daha çox xoşlayır
- Kababında dadına baxmışam. Deməzdim ki, dadlı deyil. Amma, mən daha çox yüngül yeməkləri sevdiyimdən pendir daha çox xoşuma gəlir (gülür)
- Yerli musiqini dinləyirsən?
- Bir necə mahnını bilirəm. Xüsuslə, komanda yoldaşlarım musiqi dinləyəndə mən də onlara qoşuluram. O, zaman xoşuma gələnlər olur. Amma, çox təəssüflər olsun ki, müğənni adı çəkə bilməyəcəm.
- Azərbaycanda olmağından razı qaldığın hiss olunur. Burada həmyerlilərinin rolu varmı?
- Hə, burada olmağıma narazılıq edə bilmərəm. Düzdü, kiçik ölkələrdə olan inzibati, nəqliyyat problemindən əziyyət çəksəmdə komanda yoldaşlarım mənə bu baxımdan kömək edir. Həmyerlilərimə gəlincə, demək olar ki, onların hər biri ilə mümkün olan kimi görüşürəm. Amma, vaxt azlığından heçdə tez-tez olmur.
- Başqa deyəcəyin bir şey varmı?
- Yox. Burada özümü çox rahat hiss ed.rəm. Klubda futbolçular əla mühit formalaşıb. Hətta, böyük məmnuniyyətlə karyeramı burada bitirmək istərdim.