Boyan Pavloviç 828-də dayandı (apasport.az)

single-news
19 Mar 2012

Boyan Pavloviç 828-də dayandı (apasport.az)



“Qarabağ”ın serbiyalı qapıçısı Boyan Pavloviçin “quru seriya”sı başa çatıb. Apasport.az saytının məlumatına görə, legionerin Premyer Liqanın XXIV turunun “Qəbələ” ilə Ağdamda 1:1 hesabı ilə nəticələnən səfər matçında rekordu qırılıb. Bu, rəqibin seneqallı hücumçusu Viktor Mendinin 16-cı dəqiqəsində başla hesabı açmasından sonra reallaşıb. Nəticədə Boyanın Premyer Liqada “quru seriya”sı 828 dəqiqə davam edib. Maraqlıdır ki, serbiyalını bunadək kuboku da nəzərə alsaq, “quru seriya”sını məhz Viktor qırmışdı.

Pavloviçi sonuncu dəfə 2011-ci ilin noyabrın 26-da XIV turunun “Neftçi”ylə görüşün (1:2) 88-ci dəqiqəsində Flavinyo məyus etmişdi. Milli çempionatlarımız tarixində 7-ci nəticəyə malik olan qapıçı 13-cü yerdən 6 addım irəliləyib. Bununla o, Rauf Mehdiyev, Dmitri Kramarenko, Elşən Poladov, Nadir Şükürov və Aleksandr Martyoşkini də arxada qoyub. Boyan Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərəfindən tərtib olunan dünyanın ən uzun “quru seriya”ları üçün cədvəldə 16-cı göstəricimiz olub.

Azərbaycan çempionatının ən uzun “quru seriya”ları

1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
2. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 985
3. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 971
4. Camaləddin Əliyev (“Qarabağ”) – 958
5. Pavel Doroşev (Latviya, “Qəbələ”) – 952
6. Elxan Həsənov (“Neftçi”) – 943
7. Boyan Pavloviç (Serbiya, “Qarabağ”) - 828
8. Dmitri Kramarenko (“Karvan”) – 798
9. Dmitri Kramarenko (“Neftçi”) – 772
10. Rauf Mehdiyev (“Olimpik”) – 746
11. Elşən Poladov (“Bakı”) – 744
12. Nadir Şükürov (“Dinamo”) – 741
13. Aleksandr Martyoşkin (Belarus, “Xəzər Lənkəran”) – 735
14. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720
15. Camaləddin Əliyev (“Qarabağ”) – 700
16. Rauf Mehdiyev (“Olimpik”) – 676

Paylaş

// pop up