BÖYÜKAĞA AĞAYEV: "AZƏRBAYCAN XALQINDAN ÜZR İSTƏYİRƏM! "

single-news
27 İyl 2006

BÖYÜKAĞA AĞAYEV: "AZƏRBAYCAN XALQINDAN ÜZR İSTƏYİRƏM! "



Oyundan sonra mətbuat konfransı keçirildi. Konfransda rəqib komandanın baş məşqçisi İqor Tabanov və komandamızın baş məşqçisi Böyükağa Ağayev iştirk etdi. İlk olaraq öz fikirlərini İgor Tabanov bölüşdü: "Azarkeşlər bu gün öz komandalarını çox gözəl dəstəklədi. Oyun öncəsi meydana hazırlaşmaq üçün çıxanda futbolçularıma ilk psixoloji təsir məhz onlardan gəldi. Təşkilatçılığın yüksək səviyyədə olması da nəzərdən qaçmadı. Bizə gəldiyimiz andan göstərilən qonaqpərvərliyə görə "Qarabağ" rəhbərliyinə təşəkkürümü bildirirəm..." Böyükağa Ağayev: "Zədəlilərimizin çoxluğu bu oyunda futbolumuzu ortaya qoymağa imkan vermədi. Buna görə təəssüflənirəm. Amma nə olursa olsun bu oyundan qalib gəlməliydik. Uşaqlar bunu istəsələr də, bunu edə bilmədilər.Müdaiədə Sokolov və Azərin olmaması öz təsirini göstərdi..." Sonra mətbuat işçiləri öz suallarını verməyə başladılar. Əksər sualların Böyükağa müəllimə ünvanlandığı bu konfransda ittihamedici sualların çoxluğu diqqət çəkdi- - Bəhanə gətirmək nəyə lazımdır. Qol vurmuşduq və 45 dəqiqə qalmışdı. İlk hissədən sonra niyə futbolçuları arxayınlaşdırdınız? - Qonaqlar ikinci hissədə daha yaxşı futbol oynadı, biz isə top saxlaya bilmədik. Bu isə nəticəyə təsir etdi.. - Amma "Zimbru"da itkilərsiz deyildi... - Onların itkilərinin yerini dolduran var idi, bizdə isə bu olmadığından... - Günah kimdədir? - Əldətdə ki məndə. Komanda uduzanda ilk günah həmişə baş məşqçidə olur. - Buna görə üzr istəmək istəmirsinizmi? - Bütün Azərbaycan xalqından üzr istəyirəm. Biz nəyin bahasına olursa olsun bu oyundan qalib ayrılmalıydıq. Alınmadı....

Paylaş