BÖYÜKAĞA AĞAYEV: "HAMI HƏR ŞEYİN ŞAHİDİ OLDU ! "
15 Noy 2006
BÖYÜKAĞA AĞAYEV: "HAMI HƏR ŞEYİN ŞAHİDİ OLDU ! "
Oyun sonrası mətbuat konfransı keçirildi. İlk söz "Karvan" komandasının baş məşqçisi Yunis Hüseynova verildi: "Qarabağ"ın çətin rəqib olduğunu bilirdik. Buna baxmayaraq, qələbə qazanmaq üçün bura gəlmişdik. Alınmadı. Lakin bir xalda turnir cədvəli üçün lazımi olduğunu düşünürəm..."
Sonra Böyükağa Ağayev öz fikirlərini bölüşdü: Mən oyundan yox, hakimlikdən danışmaq istəyirəm. Hamı bu gün şahid oldu ki, "Qarabağ"dan bu gün hər vəchlə 3 xalı qopardılar. Oyunu bitirmək üçün fit çalmalı olan hakim heç nədən qapımıza penaltı təyin etdi. Bu epizodu heç şübhəli epizod da adlandırmaq olmaz. Bu epizodda sadəcə hakim öz bildiyini etdi . . ."