BÖYÜKAĞA AĞAYEV: "HESAB DAHA DA BÖYÜK OLMALI İDİ . . ."

single-news
12 Fev 2006

BÖYÜKAĞA AĞAYEV: "HESAB DAHA DA BÖYÜK OLMALI İDİ . . ."



Matçdan sonra Mətbuat Konfransı keçirildi. "Qarabağ" FK-nun Mətbuat Xidmətinin Rəhbəri Asif Əsgərov mətbuat işçilərini salamlayaraq, konfransı açıq elan etdi. İlk söz "Turan" FK-nun Baş Məşqçisi Sakit Alıyevə verildi: "Qarabağ" Futbol Klubunu qələbə münasibətilə təbrik edirəm. Onlar gözəl oyun sərgilədilər və layiq olduqları qələbəni qazandılar.Kaomandam da pis təsir bağışlamadı. Sadəcə təcrübəsizlik onlara nəticə qazanmaqda mane oldu.İnanıram ki, gələcək turlarda biz öz sözümüzü deyəcəyik..." Sonra Klubumuzun Baş Məşqçisi Böyükağa Ağayev öz fikirlərini bölüşdü: "Bu matçın çətin keçəcəyini əvvəlcədən proqnozlaşdırırdıq. İlk tur rəqibin kimliyindən asılı olmayaraq həmişə çətin olur. Buna baxmayaraq, qalib gəldik və komandamı təbrik edirəm.Hesab daha böyük olmalı idi,lakin bir neçə epizodda bəxt rəqibin üzünə güldü. Qarşıdakı turlarda,oyundan-oyuna "Qarabağ"ın ifasında daha gözəl oyunun şahidi olacaqsınız . . ."

Paylaş