BÖYÜKAĞA HACIYEV: "QARABAĞ" BU GÜN BİZDƏN DAHA ÜSTÜN İDİ . . ."
29 Sen 2006
BÖYÜKAĞA HACIYEV: "QARABAĞ" BU GÜN BİZDƏN DAHA ÜSTÜN İDİ . . ."
"Bakı" - "Qarabağ" oyunu sonrası mətbuat konfansı keçirildi. İlk söz komandamızın baş məşqçisi Böyükağa Ağayevə verildi: "Bu gün biz daha üstün oyun sərgilədik. Komandam verdiyim tapşırıqlara əməl etdilər. Sadəcə hücum xəttində yaradılmış epizodlardan istifadə etməmə sonda bildiyiniz nəticəyə gətirib çıxardı. Oyuna görə komandamı qələbəyə layiq sayıram. Lakin ümumi baxdıqda isə, çempionla onun meydanında xal qazanmaq artıq nəticədir. Meydana buraxdığım futbolçular oyun boyu ərazi üstünlüyünə malik idilər və eyni zamanda qol vəziyyətlərinin sayına görə də biz rəqibdən qat-qat üstün idik..."
Böyükağa Hacıyev ("Bakı")- "Etiraf etməliyəm ki, "Qarabağ" bu gün bizdən üstün idi. Meydanın mərkəzində onların üstün oyun göstərməsi birinci hissədə demək olar ki, bizə təhlükəli vəziyyətlər yaratmaqda çətinlik yaratdı. İkinci hissənin sonlarında qol vəziyyəti yaratdıq ki, onda da təcrübə Emin Əmiraslanova mane oldu. Komandamın belə oyun göstərməsini Ceyhun Sultanovun olmaması ilə də əlaqələndirərdim. Çünki, onun olmaması mərkəzdə komandamın oyun qurmasına birbaşa təsir etdi..
"Qarabağ"ı da gözəl oyun münasibətilə təbrik edirəm. Gözəl komandadır və çempionla kubokun sahibi arasındakı oyun layiqli nəticə ilə başa çatdı..."