Böyükhesablı qələbə ilə pley-offda 

single-news
12 Avq 2025

Böyükhesablı qələbə ilə pley-offda 



“Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) - 5:1
Cek Klisman, 16 (avtoqol); Kadi Borges, 18; Nəriman Axundzadə, 33; Marko Yankoviç, 35 (pen.); Leandro Andrade, 59 - Fabris Tamba, 10
İlk oyun – 1:0

 

“Qarabağ” Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyununa çıxıb. Komandamız Şimali Makedoniyanın “Şkendiya” kollektivini qəbul edib.

 

Baş məşqçi Qurban Qurbanov Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə aşağıdakı start “11-liy”inə şans verib: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.

 

Oyun qarşılıqlı hücumlarla başlayıb. Qonaq komanda 10-cu dəqiqədə əks-hücumdan hesabı açıb. Buna baxmayaraq, futbolçularımız tezliklə təşəbbüsü ələ alıblar. Ardıcıl hücumlar çox keçmədən bəhrəsini verib. Azarkeşlərimiz əvvəlcə avtoqola, cəmi iki dəqiqə sonra isə Kadi Borqesin qoluna seviniblər. Hissənin ortalarından etibarən təzyiqi artıran komandamız qısa müddət ərzində rəqibi daha iki dəfə mərkəzə dəvət edib. 

 

İkinci hissə də komandamızın diktəsi ilə keçib. Topa daha çox nəzarət edən futbolçularımız çoxgedişli ötürmələrlə qol axtarışında olublar. Bu hücumlar 59-cu dəqiqədə 5-ci qolun vurulması ilə nəticələnib. Qalan dəqiqələrdə də rəqibə heç bir şans verməyən komandamız böyükhesablı qələbə qazanıb - 5:1.

 

İki matçın cəmində rəqibini 6:1 hesabı ilə üstələyən “Qarabağ” pley-off mərhələsinə yüksəlib.

 

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin oyunları avqustun 19-da və 27-də keçiriləcək.

Paylaş

// pop up