Böyüklərə bir hissə bəs etdi
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5132.jpg)
Böyüklərə bir hissə bəs etdi
Xəbər verdiyimiz kimi millinin oyunlarıyla əlaqədar olaraq yaranmış fasilədə komandamız əvəzedici heyətlə hazırlıq maçı keçirib. 6 futbolçusu əsas millilərdə, 3 futbolçusu U-21-də olan Qurban Qurbanov eyni zamanda zədəli Rəşad Sadıqovun da xidmətindən yararlana bilmir. Ayağında bir qədər ağrı olan Maksim Medvedev də sadəcə qaçışla yadda qaldı.
Bu itkilərinin fonunda əvəzedicilərlə oyuna A komandası 11 nəfəri düzəltmək üçün 2-cilərdən Toğrul Bilallı və Təmkin Xəlilzadənin xidmətindən yararlanmalı olmuşdu. Komandamızın qapıçıları Fərhad Vəliyev və Bojan Pavloviç hər 2 hissədə fərqli kollektivlərin qapısını qorudu.
Qurban Qurbanovun komandası meydana belə çıxmışdı: Fərhad Vəliyev, Zaur Həşimov, Kamil Hüseynov, Təmkin Xəlilzadə, İlqar Qurbanov, Namiq Yusifov, Nderim Nedzipi, Leonardo Roşa, Toğrul Bilallı, Georgi Adamiya, Bəxtiyar Soltanov.
Elçin Xudadatovun başçılıq etdiyi komanda isə görüşə bu heyətlə başladı: Bojan Pavloviç, Fərid Baxışov, Azər Həbibov, Eyvaz Mərdanov, Emin Əliyev, Rəcəb Mahmudov, Əliağa Xudiyev, Ülvi Rəfizadə, Elmin Əlizadə, Ayaz Mehdiyev, Kamil Xanıyev
Görüş gözlənildiyi kimi `böyüklərin üstünlüyü ilə keçdi. Görüşdə bütün qollar ilk yarıda vuruldu. Bəxtiyar Soltanov ilk və son qolu vurdu. Toğrul Bilallı və Nderim Nedzipinin fərqlənməsiylə oyun 4:0 başa çatdı.