... "BRAGA" PORTUQALİYA, "SLOVAN" SLOVAKİYA, "QARABAĞ" AZƏRBAYCAN ! ! !

single-news
18 Avq 2006

... "BRAGA" PORTUQALİYA, "SLOVAN" SLOVAKİYA, "QARABAĞ" AZƏRBAYCAN ! ! !



"Qarabağ" Futbol Klubu sıralarını daha bir futbolçu ilə zənginləşdirdi. Bu futbolçu Yugoslaviya millisində U-14 - U-21 yaşlı yığmalarda bütün yaş qruplarında top qovmuş, son il isə Slovakiyanın Bratislava şəhərinin "Slovan" komandasında legioner həyatı sürmüş Yugoslaviya futbol məktəbinin yetirməsi olan Slobodan Sladoyeviçdir. 1978-ci il doğumlu futbolçu 1998-2005-ci illərdə Portuqaliyanın "Uniao madeira", "Aveş", "Varzim" və "Braga" klublarının şərəfini qorumuşdur. Son klubun heyətində futbolçu UEFA kubokunda da mübarizə aparmışdır. 2005-ci ildə Slovakiyanın "Slovan" klubuna keçən yarımmüdafiəçi bu ildən "Qarabağ"ın şərəfini qoruyacaq. Bu gün rəsmi olaraq bir illik kontrakt bağlanaraq, futbolçunun bütün hüquqları komandamıza keçdi. SLOBODAN SLADOYEVİÇ 3.Doğulduğu yer: Novi Sad 4.Doğum tarixi: 05.02.1978 5.Təhsili: 6.Ampluası: yarımmüdafiəçi 7.Boyu: 176 8.Çəkisi: 72 9.Ailə vəziyyəti: evli Xoşladığı... 10. ... yemək: spagetti 11. ... meyvə: şaftalı 12. ...içki: su 13. ...musiqi: serb mahnıları 14. ... müğənni: Ceca 15. ... kino: “Under Ground” 16. ... aktyor: Corc Kluni 17. ...kitab:yox 18. ...yazıçı: De Braun 19. ...rəng: Qırmızı 20. ...məşğuliyyəti: bilyard oynamaq 21. ...maşın: Mersedes 22. ...idarə etdiyi avtomobil: AUDİ A3 23. ...idman: Tennis 24. ...idmançı: Makelele 25. ... komanda: “Arsenal” İngiltərə 26. ... məşqçi: Maurinyo 27. Arzuladığı titul: Çempionlar Ligasi qalibi olmaq 28. Oynamaq istədiyi komanda: “Barselona” Çıxış etdiyi klublar: U-14-21 yaşlar arası Yugoslaviya Millisinin üzvü, “Aveş” (Portuqaliya), “Braga” (Portuqaliya), “Varzim” (POR), “Uniao Madeira” (POR), “Slovan” Bratislava (Slovakiya).

Paylaş