Branimir Subaşiç:`Çempionluq üçün gəlmişəm`

21 Yan 2013
Branimir Subaşiç:`Çempionluq üçün gəlmişəm`
`Qarabağ`ımız qış transfer pəncərəsində transferə doymur. Artıq Elvin Musazadə, Kristian Torresi sıralarına qatan komandamız daha bir keçidi həll edib. Azərbaycana gəlmiş ən güclü qoleadorlardan sayılan Branimir Subaşiç artıq `Qarabağ`ın uğurları üçün tər tökəcək. Azərbaycan millisinin də şərəfini qoruyan `Bane` artıq `Qarabağ`ın düşərgəsinə qoşularaq ilk məşqinə də çıxıb. Subaşiç saytımıza keçid və hədəfləri haqqında danışıb:` Artıq neçə illərdir Azərbaycanda oynayıram. Özümü burda əcnəbi saymıram. `Qarabağ`ı da elə yaxşı tanıyıram. Demək olar ki, əksər futbolçularla tanışam. Komandada məni çox yaxşı qarşıladılar. `Qarabağ`ın sistemi, məqsədi hər şeyi bəllidir. Əla kollektiv var. Futbol oynamaq üçün bütün şərtlər var. Bilirəm ki, cari mövsüm komandanın hədəfi çempionluqdur. Bura oynamağa və komandaya fayda verməyə gəlmişəm. Bunun üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. İnanıram ki, mövsümün sonunda çempionluğu bayram edəcəyik.`