“Braqa” - “Qarabağ” oyununun hakimləri müəyyənləşdi
“Braqa” - “Qarabağ” oyununun hakimləri müəyyənləşdi
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Braqa” (Portuqaliya) - “Qarabağ” oyununun təyinatları açıqlanıb. Fevralın 15-də “Estadio Munisipal” stadionunda baş tutacaq matça Danimarkadan olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı Morten Krogh idarə edəcək. D. Vollenberg Rasmussen və Steffen Bramsen görüşün baş hakiminin köməkçiləri olacaqlar. Mikkel Redder dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, fevralın 15-də “Estadio Munisipal” stadionunda keçiriləcək “Braqa” - “Qarabağ” görüşü yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 00:00-da) başlayacaq.
UEFA Avropa Liqası
Pley-off, ilk oyun
15 fevral
00:00. “Braqa” - “Qarabağ”
Baş hakim: Morten Krogh
Baş hakimin köməkçiləri: D. Vollenberg Rasmussen, Steffen Bramsen
Dördüncü hakim: Mikkel Redder (hamısı Danimarka)
VAR: Rob Dieperink (Niderland)
AVAR: Yonas Hansen (Danimarka)
“Estadio Munisipal” stadionu