BREME MİLLİNİ ÇALIŞDIRMAQDAN İMTİNA ETDİ...

single-news
22 Yan 2008

BREME MİLLİNİ ÇALIŞDIRMAQDAN İMTİNA ETDİ...



AFFA rəhbərliyinin millinin baş məşqçisi postuna çoxsaylı namizədləri gözdən keçirməsindən xəbərdarsız. Hətta federasiyanın baş katibi Elxan Məmmədov Almaniya rəsmilərindən bu posta namizəd istədiklərini də etiraf edib. Bu arada həmin namizədlərdən daha birinin adı açıqlanıb. Daha doğrusu yığmamızın "sükanı arxasına" keçəcəyi gözlənilənlərdən daha biri AFFA-nın onunla danışıqlar apardığını təsdiqləyib. Belə ki Almaniya yığmasının keçmiş müdafiəçisi Andreas Breme bu günlərdə verdiyi açıqlamda bildirib ki,həqiqətən ölkəmiz onunla maraqlanıb. Yaxşəsə budur, hər şeyi 48 yaşlı veteranın öz dilindən eşidək: "Həqiqətən də Azərbaycan futbol qurumunun rəhbər şəxsləri ilə əlaqə saxlamışıq. Azərbaycan yığmasını çalışdırmaq variantı olsa da, mən bundan imtina etdim. Səbəbi digər təkliflər gözləməyimdir".

Paylaş

// pop up