`Brügge` - `Qarabağ`. Oyun başa çatdı. Canlı
`Brügge` - `Qarabağ`. Oyun başa çatdı. Canlı
`Qarabağ`ımız Avroliqanın III mərhələsində Belçikanın `Brügge` komandasının qonağıdır. Artıq 3-cü ildir ki, `Qarabağ`ımız Avroliqada 2 mərhələ adlamaqla III mərhələdə oynama şansını əldə edir.
Oyuna bir neçə saat qalmış Brüjdə hava bir qədər mülayimləşib. 3-gündür davam edən yağışlı hava şəraiti bu gün erkən saatlarında da davam etsə də, saat 5 raddələrində nəhayət Belçikanın ucqar şəhəri də gün üzü `gördü`
`Qarabağ`ımızın kapitanı Rəşad Sadiqovun qardaşının vaxtsız vəfatından dolayı oyunu buraxacağı məlumdu. `Qarabağ` tərəfinin müraciətindən sonra oyun qabağı Norveçdə terror nəticəsində həlak olanlarla yanaşı Səbuhi Sadiqovun da xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək.
`Qarabağ`ımızı oyuna kapitan kimi Namiq Yusifov çıxaracaq
Oyundan öncə qeyd edilən sükut baş tutdu
Start heyətlər bəllidi
`Qarabağ`: Bojan, Maksim, Teli, Rəşad, Ansi, Namiq, Qara, Adamiya, Vüqar, Əfran, Rauf
1` - Brügge` oyuna başladı
2` - `Brügge` hücuma keçir, Vüqar yerdə qalır
5` - Ev sahibləri hücumlarını çoxaldırlar.
9` - Hesab açıldı. Fleminks cərimə meydançasında dəqiq oynayaraq Bojanı məğlub edir.
10` - Zədələnən Vüqar Nadirovu İlqar Qurbanov əvəz edir
13` - Bu dəqiqələrdə rəqib topu özündə saxlamağa çalışır
16 – Əfrana qarşı kobudluq
17 – Telinin baş zərbəsi qapıdan aralı keçir
20 - `Qarabağ`ımızın ərazi üstünlüyünü ələ keçirir
22 – İlk real qol şansı. Əfran Adamiya ilə divar paslaşması edir, Amma Rauf qapı önündə dəqiq zərbə endirə bilmir
25 – Əfranın İlqara diaqonal ötürməsini İlqardan qabaq uzaqlaşdırırlar
26 – Bu dəqiqələrdə stadionda `Qarabağ` sədaları eşidilir
28` - `Brügge` ardıcıl həmlələr etsə də dəqiq oynayırıq
29 – Rauf sürətlə 2 müdafiəçini keçir, daha əlverişli mövqedə olan Əfrana ötürmə etsə də top Əfranın gerisinə düşür
30 – İlk yarım saat `Brügge`nin 1:0-lıq üstünlüyü ilə keçdi
32 – Donkun zərbəsi qapıdan xeyli aralı keçir
34 – Əfran künc zərbəsi yerinə yetirsə də, müdafiəçilər topu uzaqlaşdırır
35 – Əfranın sağ cinahdan keçidini zərərsizləşdirirlər
37 – Əfranın zərbəsi alınmır
40 - Daha bir şans. Rauf Əfranın ötürməsiylə topu sinəsiylə ram etsə də son anda zərbə endirməyə imkan vermirlər. Üstəlik Rauf zədə də keçirir
43 – Hissənin sonunda `Brügge` yenidən fəallaşmaq istəyir
45 – İlk yarıya 2 dəqiqə əlavə olunur
45+2 – İlk yarı başa çatdı, 1:0
46 – İkinci yarı başladı
47 – Aqolli sarı vərəqə alır
48 – Odidjanın baş zərbəsi dəqiq olmur
49 - `Brügge` 2-ci hissəyə fəal başlayıb. Vlemiks əlverişli mövqeyə çıxsa da, müdafiəçilərimiz son anda topu uzaqlaşdırır
52 – Rəqib hakimdən penalti tələb etsə də, hakim haqlı olaraq davam işarəsi verdi. Azarkeşlər hakimə təzyiq etməyə çalışır
54 – Komandamız hücuma keçir, ardıcıl həmlələr ən sonda Əfranın baş zərbəsi dəqiq olmur
56 – Vaskez cərimə meydançasının üzərindən dəqiq zərbə ilə hesab arasında fərqi 2-yə çatdırır
59 – Maksim zədələnir
61 – Bəxt!!! Əfranın sağ cinahdan asmaqarışıq zərbəsi tirdən geri dönür
62 – QOLLLLLLLLLLLLLLLLL Fantastik hücum... Əfranın ara ötürməsiylə Rauf bir müdafiəçini keçərək topu tora göndərir, 2:1
65 – Rəqib şokdadır. Bu dəqiqlərdən istifadə etmək lazımdır
66 – Donk Aqolliyə qarşı kobudluğa görə sarı vərəqə alır
68 – Bu dəqiqələrdə ərazi üstünlüyü `Qarabağ`ımızdadır.
70 – Əfran 70 metr reyd edir, ən sonda topu ondan ala bilirlər
71 – Donk aut atışından sonra hesab arasındakı fərqi artırır, 3:1
74 – Rəqib yenə qol vursa da ofsayd qeydə alınır
75 – Rəqibdən şərəfsiz örnəyi . Rauf zədələnərək yerdə qalsa da, hücum etməkdə davam edirlər. Ardınca Qaraya qarşı kobudluq nəzərə alınmır.
78 – Bu qədər də biabırçılıq olmaz!! Qara kənarda Maksimi də sərt müdaxilə ilə yerdə qoyublar. Komandamız 8 nəfərlə müdafiə olunur
80 – Zədələnmiş Qaranın yerinə Zaur Həşimov meydan daxil olur
82 – Dirar 4`Brügge`nin 4-cü qolunu vurur
86 – Əfranın qapıya zərbəsi dəqiq olmur
87 - Daha bir zədələnmiş oyunçumuzu Maksimi Nedzipi əvəz edir
88 – Əfran qapıçıyla təkbətək çıxsa da, son anda müdafiəçilər topu uzaqlaşdırır
88 – Zaurun baş zərbəsi qapıdan aralı keçir
90 – Oyunun sonuna 3 dəqiqə əlavə olunur
90+2 – Əfran daha bir reyd edir, amma yenə də son anda təhlükə sovuşdurulur
90+ 3 – Oyun başa çatdı