BU DA CAVAB: "QARABAĞ" - "KARAT" 3:1

single-news
20 Apr 2005

BU DA CAVAB: "QARABAĞ" - "KARAT" 3:1



"QARABAĞ" : 1.R.Mehdiyev, 3.A.Kolinenko, 4.V.Boqaç, 6.S.Abbasov, 15.M.Orucov, 2.A.Kərimov, 20.R.Musayev(7.A.Məmmədov,56), 21.İ.Məmmədov(17.V.Nadirov,35), 91.D.Sokolovski, 9.S.Musayev(8.A.Cabbarov,75), 10.V.Vasilyev. "KARAT": 1.E.Hüseynov (16.S.Əliyev,88), 2.L.Ambidze, 4.D.Arsoşvili, 10.K.Dzebiaşvili, 11.X.Muradov(7.E.Vəliyev,77), 14.İ.Fərhadov(8.S.Məmmədov,37), 15.E.Nuriyev, 17.Z.Hidayətov, 19.V.Fərhadov, 21.A.Marinçuk, 22.Q.Angel. QOLLAR: 22.Q.Angel(46 dəq. Karat); 7.A.Məmmədov- 63 dəq, 17.V.Nadirov- 79 dəq, 91.D.Sokolovski- 82 dəq (hamısı "Qarabağ"). Hesab matçın ikinci dəqiqəsində açıla bilərdi. Aslan bunu edə bilmədi. Az sonra Ruslanın ötürməsinə Vadim Vasilyev çata bilmədi. 14 dəqiqədə Samir Musayevin uzaqdan zərbəsi təhlükəli alındı.19-cu dəqiqədə vadim qol da vurdu. Lakin hakimin bayrağı havada idi. Buna görə hətta sarı vərəqə də kapıtanımıza göstərildi... İkinci hissə başlayan kimi, hesab açıldı. Bundan rəqib bir anlıq sevinsə də, matçın gedişi onların bu qolu vurmaqda yanıldıqlarını göstərdi. Bundan sonra meydanda tək "Qarabağ" var idi.Müdhiş oyun - gözəl qollar... 63-cü dəqiqə Aqil Məmmədov- QOLLLLLLL. 79-cu dəqiqə yenə Aqil bu dəfə gözəl ötürmə və Vüqarın ikinci QOLLLLL.... Matçda son nöqtəni isə Denis Sokolovski qoydu- zərbə və QOL : 3:1. ... Bu dəfə "Karat" "Qarabağ"ı təbrik etməkdən başqa çarəsi qalmadı... Günün digər oyunları belə nəticələnmişdir: ”Gəncə” - MOİK 1:0 ”Neftçi” - “Ədliyyə” 2:0 ”Şahdağ-Samur” - “Karvan” 0:2 "QARABAĞ" - "KARAT" matçından fotogörüntülərə FOTOQALEREYA bölməsindən baxa bilərsiniz.

Paylaş