BU DƏFƏ "JOJO"

single-news
4 Noy 2008

BU DƏFƏ "JOJO"



Hər zaman planlı inkişafa xüsusi diqqət yetirən “Qarabağ” Futbol Klubu gənc və uşaq futboluna nə dərcədə qiymət verməsi bəllidir. Sistemli çalışma yürüdən klubumuz bu məqsədlə çalışmalarını davam etdirir. Komandamızın koordinatoru Mehmet Akın bir neçə gün öncə ikinci komandaya test keçirdiyini xəbər vermişdik. Bu dəfə gənc mütəxəssis daha aşağı yaş qruplarına test tətbiq edib. Normativin adı “Jojo” adlanır. Bu barədə mütəxəssisin özüylə danışdıq:” Bu testi ilk dəfə Danimarka millisinin koordinatoru Jon Bongsbo yaradıb. Hal-hazırda “Milan”da çalışır. Bu testi ilk dəfə Türkiyədə biz tətbiq etmişik.“.  Mehmet bəydən bu testin daha öncə tətbiq olunmuş “konkoni” testindən fərqini soruşduq. :”Konkoni” adətən tətbiq olunacaq proqramı müəyyənləşdirməlidir. “Jojo” isə son durum haqqında nəticə verir. Yəni, ilk testdən sonra əldə edilmiş məhsulu göstərir“.

Bəs görəsən,  gənclər  testdən qənaətbəxş nəticə “çıxara” biliblərmi:” Ümumiyyətlə, belə bir şeyin tətbiq olunması motivasiya baxımından da önəmlidir. Uşaqlar özlərini kiçik peşəkarlar kimi hesab edirlər. Nəticələr haqqında isə indidən danışmaq tezdir.”

Onu da qeyd edək ki, keçirilən testlər komandamızın baş məşqçisi Qurban Qurbanovun diqqətindən kənarda qalmayıb.

Paylaş

// pop up