Bu gün 1, sabah 2...
13 Sen 2010
Bu gün 1, sabah 2...
`Qarabağ` `İnterlə` oyundan dərhal sonra hazırlıqlara başlayıb. Bazar günü AZAL-la qarşılaşacaq olan komandamız `İnter`lə oyun sonrası səhər yüngül məşq edib. Matçda 90 dəqiqə oynayanların yüngül qaçışla kifayətləndiyi məşqdə digər futbolçular 90 dəqiqə məşq edib. Bu gün isə komandamız səhər 10-da tək çalışma ilə kifayətlənib. Suraxanı qəsəbə stadionunda baş tutmuş çalışmada bütün futbolçular iştirak edib. Təbii ki, uzun müddətə sıradan çıxmış Əfran İsmayılov və Aftandil Hacıyev xaricində.
Sabah isə komandamızın 2 məşqi planlaşdırılıb. Səhər məşqi trenajor zalında baş tutacaq. Axşam məşqi isə yenidən Suraxanı qəsəbə stadionunda olacaq.
Sabah isə komandamızın 2 məşqi planlaşdırılıb. Səhər məşqi trenajor zalında baş tutacaq. Axşam məşqi isə yenidən Suraxanı qəsəbə stadionunda olacaq.