BU GÜN 1/4 FİNALIN İLK QARŞILAŞMALARI KEÇİRİLDİ.

single-news
8 Mar 2005

BU GÜN 1/4 FİNALIN İLK QARŞILAŞMALARI KEÇİRİLDİ.



Bu gün 1/4 final ilk qarşılaşmaları keçirildi. Maraqlı qarşılaşmaların biri T.Bəhramov adına Respublika stadionunda keçirildi.Burada "Neftçi" "İnter"i qəbul edirdi.İlk hissədə bir neçə qol imkanından istifadə edə bilməyən "Neftçi" ikinci hissədə də qol vura bilmədi.Oyun 0:0 hesabı ilə başa çatdı. Digər görüşlərdə "Bakı" "Karat"ı 2:1 hesabı ilə məğlub etdi. "Gənclərbirliyi"- "MKT-Araz" matçında da hesab açılmadı."MOİK" isə gözəl oyun göstərsə də , iddialı klublardan biri olan "Xəzər-Lənkəran"ın qapısına yol tapa bilmədi.0:1.

Paylaş