BU GÜN 16-CI TURA YEKUN VURULDU.

single-news
17 Dek 2004

BU GÜN 16-CI TURA YEKUN VURULDU.



Bu gün turun qalan 5 oyunu ilə 16-cı tura yekun vuruldu.Turun mərkəzi oyunu Tovuzda yerli "Turan"la "Neftçi" arasında keçirildi. Gərgin keçən oyunun son dəqiqələrində vurulmuş qol sayəsində "Turan" hesabına növbəti 3 xalı yazdı. "Bakı" ilə "Karat" arasında keçirilən oyunda gözlənildiyindən gərgin keçdi. İlk qolu "Karat" vurduqdan sonra, meydan sahibləri təşəbbüsü ələ alıb, birinci hissənin sonlarında hesabı bərabərləşdirdilər. 2-ci hissənin ilk dəqiqələrindən üstünlüyü ələ alan "Bakı" oyunun taleyini vurduğu iki qolla həll etdi.Oyun isə 4-2 "Bakı"nın xeyrinə bitdi. "Karvan" öz meydanında çətinlik çəkmədən "MOİK"na böyük hesabla qalib gəldi.3:0 Digər iki oyun eyni hesabla başa çatdı."Göyəzən" öz meydanında "Bakılı"nı, "Xəzər-L" isə Qusarda "Şahdağ-S" klubunu 3-1 hesabı ilə məğlub etdi. Beləliklə, 16 turdan sonra "Karvan" liderliyini qoruyub saxladı.Komandamız isə xal eytiyatını 37-yə yüksəldərək, çempionluq uğrunda mübarizəni davam etdirir. 17-ci turun oyunları dekabrın 20-si və 21-də keçiriləcək.

Paylaş