BU GÜN 18-Cİ TURA YEKUN VURULDU.

single-news
13 Fev 2005

BU GÜN 18-Cİ TURA YEKUN VURULDU.



Bu gün 18 –ci turun qalan 5 oyunu keçirilməli idi.Lakin Lənkəranda ”Xəzər-Lənkəran” (Lənkəran) - “Turan” (Tovuz)oyunu son anda təxirə salındı. “Neftçi” T.Bəhrəmov adına Respublika stadionunda “Bakı”nı qəbul etdi. Bundan başqa ”Şahdağ-Samur” (Qusar) - “Gəncə” (Gəncə) ,”Karvan” (Yevlax) - “Karat” (Bakı),”İnter” (Bakı) - “Gənclərbirliyi” (Sumqayıt) qarşılaşmaları da keçirildi.Bu oyunların nəticələrindən asılı olmayaraq, lider “Qarabağ”dır. Belə ki, “Şəfa” klubu çempionatda iştirakını dayandırdığından “Qarabağ” öz aktivinə növbəti üç xalı yazıb.Lakin "Qarabağ"da istirahət turundan istifadə edib yoldaşlıq oyununda oyun praktikasını saxlamaq üçün matç keçirib. Rəqib Bakının "AMMK" komandası olub.Qarşılaşma 1:1 nəticələnib.Topu rəqib qapısından Vadim Vasilyev keçirib. Bu gün və dünən keçirilən turun oyunlarının nəticələri ilə tanış olun: ”Xəzər-L.” (Lənkəran) - “Turan” (Tovuz)təxirə sal. ”Neftçi” (Bakı) - “Bakı” (Bakı)0:0 ”Şahdağ-Samur” (Qusar) - “Gəncə” (Gəncə) 0:0 ”Karvan” (Yevlax) - “Karat” (Bakı)2:0 ”İnter” (Bakı) - “Gənclər b.” (Sumqayıt)1:1 ”Ədliyyə” (Bakı) - “Şəmkir” (Şəmkir) 1:1 MOİK (Bakı) - “Göyəzən” (Qazax) 1:2 ”MKT-Araz” (İmişli) - “Bakılı” (Bakı) 0:1

Paylaş