BU GÜN 25-Cİ TURA START VERİLDİ

single-news
2 Apr 2005

BU GÜN 25-Cİ TURA START VERİLDİ



Bu gün 25-ci tura iki oyunla start verildi. Bakıda "Karat" Qusarın "Şahdağ-S" komandasını qəbul edirdi. Birinci hissədə hesab açılmasa da, ikinci hissədə qonaqlar iki dəfə mərkəzdən başlamağa məcbur oldular. Qazaxda da eyni hesab qeydə alınsa da, bu dəfə sevinən tərəf qonaqlar oldu. "Gəncə"lilərin iki qoluna Qazaxda cavab verən olmadı. Sabah 25-ci turun digər 6 oyunu ilə tura yekun vurulacaq. Komandamız İmişlidə "MKT-Araz"ın qonağı olacaq. Bu çətin mücadilədə komandamıza uğurlar arzulayırıq. Digər oyunlar isə aşağıdakılardır: ”İnter” - “Ədliyyə” MOİK - “Neftçi” ”Bakılı” - “Xəzər-Lənkəran” ”Gənclərbirliyi” - “Turan” ”Şəmkir” - “Bakı” "Karvan" isə bu tur istirahət edir.

Paylaş