Bu gün Abdulbari Gözəl "Qarabağ"la görüşəcək (ÜÇ NOQTA, 16.07.2005)

16 İyl 2005
Bu gün Abdulbari Gözəl "Qarabağ"la görüşəcək (ÜÇ NOQTA, 16.07.2005)
Klubun prezidenti "Qarabağ"In heyyəti ilə gələcək planlarI müzakirə edəcək
Aldığımız məlumata görə, "Qarabağ"ın prezidenti Abdulbari Gözəl bu gün klubun rəhbərliyi, məşqçilər heyəti və futbolçularla görüşəcək. Görüşdə komandanın inkişafı üçün gələcək planlar geniş müzakirə mövzusu olacaq.
Verilən məlumata görə, klub prezidenti növbəti mövsümdə də "Qarabağ"ın iddialı komandalar sırasında yer almasında maraqlıdır. Buna görə də, ağdamlıların heyətinin gücləndirilməsi o cümlədən "Qarabağ" futbol klubunun inkişafı ilə bağlı klub prezidentinin konkret tapşırıqlar verəcəyi ehtimal olunur.
Onuda deyək ki, ötən mövsüm komandanın uzun müddət turnir cədvəlinin liderlər qrupunda yer almasına baxmayaraq, "Qarabağ" son turlarda vacib xallar itirərək çempionatı 6-cı sırada başa vurub. Ancaq buna baxmayaraq "Azersun Holdinq"in prezidenti Abdulbari Gözəlin səyləri nəticəsində bu gün "Qarabağ" iddialı komandalar sırasında ilk yerlərdən birini tutur. Eyni zamanda uşaq futbolunun inkişafına ciddi önəm verən "Qarabağ" Azərbaycanda ilk dəfə olaraq bir çox yeniliklərə imza atıb. Klub bir neçə yaş qrupu üzrə istedadlı futbolçuların müəyyən olunması üçün müsabiqənin təşkilatçısı olub.