BU GÜN II DÖVRƏYƏ START VERİLDİ

single-news
12 Fev 2005

BU GÜN II DÖVRƏYƏ START VERİLDİ



Bu gün 18 –ci turun 3 oyunu ilə II dövrəyə start verildi. 3 oyunla başlayan turun mərkəzi qarşılaşmaları isə sabah gözlənilir. “Neftçi” T.Bəhrəmov adına Respublika stadionunda “Bakı”nı , Lənkəranda isə “Xəzər” “Turan”ı qəbul edəcək. Bundan başqa ”Şahdağ-Samur” (Qusar) - “Gəncə” (Gəncə) ,”Karvan” (Yevlax) - “Karat” (Bakı),”İnter” (Bakı) - “Gənclərbirliyi” (Sumqayıt) qarşılaşmaları da sabah oynanacaq.Bu oyunların nəticələrindən asılı olmayaraq, lider “Qarabağ”dır. Belə ki, “Şəfa” klubu çempionatda iştirakını dayandırdığından “Qarabağ” öz aktivinə növbəti üç xalı yazıb. Bu gün isə ”Ədliyyə” Bakıda “Şəmkir”i ,MOİK “Göyəzən”i , ”MKT-Araz” isə İmişlidə “Bakılı”nı qəbul etdi. Bu gün küçirilən turun nəticələri ilə tanış olun: ”Ədliyyə” (Bakı) - “Şəmkir” (Şəmkir) 1:1 MOİK (Bakı) - “Göyəzən” (Qazax) 1:2 ”MKT-Araz” (İmişli) - “Bakılı” (Bakı) 0:1

Paylaş