Bu gün istirahət, sabah 2 məşq
18 Apr 2011
Bu gün istirahət, sabah 2 məşq
`Qarabağ`ımız bu gün istirahətdədir. Şənbə günü `Bakı`yla qarşılaşan komandamız dünən Suraxanı qəsəbə stadionunda məşq edib. Paytaxt təmsilçisiylə 90 dəqiqə meydanda olanlar yüngül məşqlə kifayətləniblər. Digər futbolçular isə saat yarım məşq ediblər. Bu gün istirahət edəcək komandamızın sabah 2 məşqi nəzərdə tutulub. Günün ilk məşqi 11:00-a, 2-ci çalışma isə 17:00-a planlaşdırılıb.