Bu gün məşq, sabah istirahət
4 Apr 2011
Bu gün məşq, sabah istirahət
`Qarabağ`ımız məşqlərə başladı. Dünən `Neftçi`ylə qarşılaşan komandamız oyundan dərhal sonra hazırlıqlara start verib. Aprelin 10-nunda `Xəzər-Lənkəran`ı qəbul edəcək komandamız proqramında tək məşq var. `Sərin` kompleksindəki məşq bərpaedici xarakter daşıyır. Bakılılarla oyunda 90 dəqiqə meydanda olanlar yüngül qaçışla kifayətləniblər. Digər futbolçular isə 90 dəqiqə məşq ediblər.
`Qarabağ`ımız sabah istirahət edəcək.
`Qarabağ`ımız sabah istirahət edəcək.