BU GÜNÜNÜZÜ GÖRMƏYƏYDİM

single-news
4 İyn 2008

BU GÜNÜNÜZÜ GÖRMƏYƏYDİM



RUSLAN MƏMMƏDLİ

 

 

Futbol günümüzdə top oyunu olmaqdan çıxdığı güzgü kimi aydındır. İnsanların əyləncəsi kimi formalaşan, getdikcə fərdi sonradan toplu maraqları özündə birləşdirən bu top oyunu müasir dövrümüzdə hətta günün iqtisadi, sosial təkamülündən də daha qabarıq özünü büruzə verir. Kasıbından-varlısı, şüurlusundan-savadsızı, sağlamından-şikəstini bir sözlə heç topun rəngini (amma hər nə qədər topun rənginin aksioma kimi qeyd etsək də elə futbolun vaistələri o cümlədən top da o dərəcə də tərəqqi edir ki, ənənəvi ağ-qara rəng artıq klassika kimi istiafadə olunur) bilən-bilməyən hər kəs bu oyunda cəzibadarlıq elementlərinin sadəcə futbolun şahı olan qol sevinci olmadığını yaxşı anlayır. Ona görə də futbolun biznes maraqlarını estetik zövqü ötdüyünü bir daha vurlamaq mənasızdı.

Amma burasıda var ki, bəzən futbola yatırılan pullar heç də sevinc daha doğrusu qazanc gətirmir.

Belə ki, futbolda böyük pulların qazanılması  tam olmasa da böyük mənada böyük ölçüdə idman uğurlarının əhəmiyyətli rolu var. Çünki, pul qazanmaq üçün böyük aiditoriyanın diqqətini cəlb etmək ən pis halda qazanılmış uğurlarla klubu və ya komandanı sevdirməklə insanalrın ciblərini boşaltmaq mümkündür. Uğur qazanmaq üçün isə pul qazanmaq labüddür. Amma iş orasındadır ki, heç də hər dəfə qazanılan pullar istənilən nəticəni əldə edilməsinə səbəb vermir. Daha doğrusu,  pul xərclənən futbolçular nəinki xeyir gətirir əslinə elə bir ziyana salır ki, hətta tirilənlərin “kağız” parçalarından daha üstün görünür.

Nə isə, sözü uzatmadan mətləbə gətirim. Məlum olduğu kimi, artıq Avropa qitəsində daxili birinciliklər başa çatıb. Söz yox ki, daha çox müzakirə olunanlar çempionluq titulu əldə edənlər və onlara uduzan iddialılardı. Əslində ikinci dərəcəliləri müəyyən mənada başa düşmək olar. Hər halda bir medalı 2 adama verməyin mümkün olmadığını nəzərə alsaq    “ikinci”lərin üstünə düşmək məntiqə uyğun deyil. Amma  bəzən elə olur ki, hətta elə fiaskolar yaşanır ki, tərəfli tərəfsiz acımamaq olmur. Söhbət medal qazanmaqdan deyil, 2-ci liqaya  düşməkdən gedir.

Düzdü, ara-sıra bəzi alışmadığımız klubların elitayla vidalaşmasının şahidi olmuşuq. Amma bu il yaşananlar əməlli-başlı fiaskodur. Təsəvvür edin ki, ötən il çempionluğa oynayan “Saraqosa” İspaniyada,  UEFA-nın qalibi “Parma” İtaliyada, ötən il Çempionlar Liqasına vəsiqəni son anda əldən verən “Lans” Fransada elitayla  vidalaşdı.

Bilirsiz? Bu nəyi sübut etdi? Tərkibində, Milito, Aymar, Oliveyra, Serxio kimi super də olmasa ulduz olan “Saraqosa” adların deyil meydanda olan ürəklərin futbol oynadığını göstərdi. “Saraqosa”dan fərqli ən böyük uldzuzunun məşqçidən çox veteran futbolçu olan Laudrup olan “Xetafe” azarkeşi olmadan belə nə xarüqüladələr yaratdı? Elə, “Fiorentina” o boy da “Milan”ı Çempionlar Liqasından kənarda qoymadımı? Fransanın ən varlı kublarından “PSJ” eliatda qalmağa görə zəiflərə minnətdar olmalı deyilmi?

Bütün bunlar göstərdi ki, nə qdər ulduz alırsan al, nə qədər reklam edirsən et, futbol oynamadan mümkün deyil, qardaş. Gurultulu adlar futbol oynamır. Ada arxayın olsan başına gələn başmaqçı olar.

Bu da var ki, başın daşdan-daşa dəyəndən sonra yılırsan. İnanırsız, adını  çəkdiyim komandalar özlərini 2-ci liqada qonaq kimi aparacaqlar? Çətin. Yaşayarıq, görərik, nə olur. Təki, futbol olsun...

 

Paylaş

// pop up