BU GUN 14-CÜ TURA START VERİLƏCƏK.

single-news
8 Dek 2004

BU GUN 14-CÜ TURA START VERİLƏCƏK.



Bu gün 14- cü tura dörd oyunla start veriləcək.Bu oyunlar: «Xəzər-Lənkəran» – «Neftçi» «Turan» – «Karat» «Bakı» – MOİK «Karvan» – «Bakılı» Maraqlı görüş Cəlilabadda gözlənilir. Orada «Xəzər-Lənkəran» «Neftçi»ni qəbul edir.Matçı prinsipial edən məqamlardan biri də bir sıra futbolçuların, eləcə də məşqçi Rasim Abışovun hazırda «Xəzər-Lənkəran»ın sıralarında olmasıdır.2001-ci ilin ortalarında flaqmandan ayrılan Arif Əsədov bu dəfə Lənkəran klubunun kapitanı kimi keçmiş komandasına qarşı oynayacaq. Sabah isə komandamız Qusarda «Şahdağ-Samur»un qonagı olacaq.Komandamıza uğurlar arzulayırıq. Sabah keçiriləcək digər oyunlarla tura yekun vurulacaq: «Kəpəz» – «Ədliyyə» «Şəfa» – «İnter» «Şəmkir» - «MKT-Araz» «Gənclərbirliyi» – «Göyəzən»

Paylaş