“Bu istəklə və templə davam edəcəyik”
27 İyn 2026
“Bu istəklə və templə davam edəcəyik”
Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən “VSG Tirol” (Avstriya) - “Qarabağ” yoxlama oyunundan (0:4) sonra komandamızın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:
“Ümumilikdə pis oyun alınmadı. Fiziki cəhətdən yüklənməyə və havanın isti keçməsinə baxmayaraq, futbolçular meydanda yaxşı mübarizə apardılar. Həm istədiyimiz yükləməni aldıq, həm də nəticə yaxşı oldu. İlk matçda belə qələbə qazanmaq futbolçulara da güvən verir. Əlbəttə ki, optimal formadan hələ uzağıq. Yeni transferlərimizə tam uyğunlaşmaq üçün bir az zaman lazımdır. Bununla belə, vacibi odur ki, istəklidilər. İnanıram ki, onlar komandamıza uzun müddət fayda verəcəklər. Gedişatdan və komandadan razı qaldım. Bu istəklə və templə davam edəcəyik”.
