“Bu oyun bizə böyük fayda verəcək”

single-news
18 Dek 2025

“Bu oyun bizə böyük fayda verəcək”



Misli Premyer Liqasının I turundan təxirə salınan “Sabah” - “Qarabağ” (2:1) oyunundan sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:

 

“Sabah”ı qələbə münasibətilə təbrik edirəm. Komandam həddindən artıq böyük güc sərf etdi. Üç turnirdə iştirak etmək həm fiziki, həm psixoloji cəhətdən təsir göstərir. Bəzi futbolçular tam hazır deyildi, problemlərimiz var idi. İstənilən halda, bu oyun bizə gələcəkdə böyük fayda verəcək. Çox ciddi hazırlaşan komandaya qarşı oynadıq və onlarən gücünü tam gördük. Azarkeşləri təbrik edirəm, fantastik idilər. Əsl futbol atmosferi var idi. İki gün sonra Qəbələdə oyunumuz var. Həmin matça hazırlaşacağıq”.

Paylaş

// pop up