BU QƏDƏR DƏ OLMAZ!!! VİDEO

single-news
26 Fev 2008

BU QƏDƏR DƏ OLMAZ!!! VİDEO



Təxminən 1 həftə öncə “Qarabağ” Futbol Klubu Azərbaycan idmanında analoqu olmayan bir tədbir keçirdi. Ölkənin futbol ictimaiyyətinin tanınmış nümayəndələrinin qatıldığı və hər kəsin təqdir etdiyi bu tədbirdə  “Qarabağ” Futbol Klubunun həyata keçirmək istədiyi layihələr böyük səs-küy yaratdı. Bəli, qəti əminliklə deyə bilərik ki, bu təqdimat nəinki bir klubun eyni zamanda bütün Azərbaycan futbolu üçün əlamətdar hadisə idi. Ölkə futbolunda inqilab yaradacaq təxəyyüldə olan bu tədbirin səbəbkarı “Qarabağ” Futbol Klubu hər nə qədər futbol ictimaiyyətinə mütərəqqi ideyalarına görə dəstək alsa da eyni niyyəti futbolun oynandığı yaşıl sahədə görə bilmirik.

Ümumiyyətlə, “Qarabağ” Futbol Klubu son 2 ildə yetəri sayda hakim haqsızlığı ilə üzləşib. Ötən mövsüm “Qarabağ” – “Karvan”,  “Qarabağ” – “Bakı” cari birincilikdə isə “Xəzər-Lənkəran” – “Qarabağ”, “Qəbələ” – “Qarabağ”, “Qarabağ” – “İnter”, “Qarabağ” – Bakı” oyunlarında birbaşa hakim müdaxiləsi komandamızın haqqının tapdalanmasına səbəb olub. “Qarabağ” Futbol Klubu əyani sübutlarla hər zaman haqlı olduğunu həm audi-vizual yeniliklər həm də peşəkar meyarları ilə sübuta yetirib.

Sözün açığı, hər zaman prinsipiallığı, ədalətli oyun prinsiplərini, “fair play”i, futbol sadəcə idmanın bir növü olduğu təməli ilə yanaşan “Qarabağ Futbol Klubu başverənlərə qarşı hər zaman təmkini ilə qiymət verib. Elə komandamıza qarşı baş verən sonuncu haqsızlıq da olduğu kimi..Necə deyərlər, üzləşdiyimiz haqsızlıqlara öyrəşsək də biz yenə də dəyişmirik. Biz hər zaman nəinki futbol sahəsində eyni zamanda beyinlərimizdə, təftəlşüurumuzda əməllərimzlə hakim, dürüst, əzilmədən haqqı uğrunda vicdanla mübarizə aparmaq prinsiplərimizə sadiqiq. Elə sonuncu olayda olduğu kimi...

24.02.2008-ci il  tarixində Azərbaycan milli çempionatımda baş tutmuş “Karvan” – “Qarabağ” matçını izləyənlər hər iki kollektivin simasında əsl futbol izlədilər. www.qarabagh.com saytında hər zaman olduğu kimi görüşün ən yaddaqalan epizodlarını izləyərək özünüz qiymət verə bilərsiniz, necə oyun keçidiyini, kimin qələbəyə daha yaxın olduğunu. Lakin sizə bir epizodu dünən özümüz bilərəkdən  təqdim etmədik. Futbol ictimaiyyətinin reaksiyanı öyrənmək üçün. Necə deyərlər, artıq bizə qarşı edilən haqsızlıqlara öyrəşsək də bununla barışmaq niyyətimiz yoxdur.. Və biz sona qədər təmiz və ədalətli futbol uğrunda mübarizəmizi davam etdirəcəyik. İndi görəcəyiniz epizodu heç müzakirə etməyə də dəymir. Çünki, qapı xəttini keçib, üstəlik yenidən tora dəyən topu yəni qolu görməmək mümkün deyil. Üstəlik izləyəcəyiniz videoda görəcəyiniz kimi qol vurulan epizodda qolu qeydə almalı olan yan hakimin qarşısını heç nə kəsmirdi. Yəni ölkə miqyasında yetərincə tanınan yan hakim bunu görməməsi...

Bəlkə, də heç bir əsas olmadan sayılmayan bu qol heç kimi incitmədi. Lakin bu “qollar”ın bizim sabahımızı yıxdığının fərqində deyilsinizimi? İnanın, biz baş hakimin nəzərlərini yan hakimə yönətsədə yardımçısının verdiyi yanlış qərar görə onu qınamırıq da. Heç həmin köməkçinin adını da yazmağa da ehtiyac görmürük. Hər halda bu sayılmayan “qol” qədər əhəmiyyətsizdir. “Vurmaq” “vurulmaq”dan daha asandır. Biz nə qədər sayılmayan qolumuz üçün “vurulan” rolunda olsaqda biz özü dürüstlüyümüz, prinsiplərimizlə bu “zərbə”yə düçar olmadıq və olmayacağıq da.. Bəlkə, “vuran”ın birbaşa özünü “vurduğun”dan xəbəri yoxdur. Bəlkə, bu acısı elə də hiss olunmayan Azərbaycan futbolu “vurulmasına” bənzəyir. Xəbəriniz yoxdur. Bu gün “Qarabağ” Azərbaycanın millətinə ən çox futbolçu verən klubdur. Xəbəri olamayanlar bilsin... Öz sabahımızı öz əllərimizlə vurmayaq...

Oyun başa çatandan sonra hakim-inspektordan tutmuş baş hakimə qədər hər kəs  “Qarabağ”ın möhtəşəm mübarizəsindən danışırdı. Heyətində ən çox gənc olan “Qarabağ”dan. Matcdan sonra  FİFA dərəcəli hakim Vüsal Əliyevin dediyi bir cümlə vardı:”Bu “Qarabağ” getdikcə qarşısıalınmaz olacaq”. Elədir Vüsal bəy. Vaxt gələcək bütün ölkə sizin kimi fikirləşəcək. Elə vermədiyi qola görə peşimançılığı sifətindən açıq- aydın hiss olunan yardımçınız da belə. Deyirlər, sonrakı peşimançılıq fayda verməz. Bəlkə fayda verdi? İnanırıq hər zamankı kimi. Unutmayın, bu günün gənc “Qarabağ”ı sabahın Azərbaycan futboludur. Bəlkə bu gələcəyi öz əllərimizlə vurmayaq?!

                                   

 

 Buyurun, siz də baxın və "görün"

İNANIRIQ Kİ, BU SAYIL(M)AN QOL SONUNCU OLACAQ...

Paylaş

// pop up