`Bülbül` `qartal`ı necə olsa da `ovladı`..Video
19 Apr 2010
`Bülbül` `qartal`ı necə olsa da `ovladı`..Video
Türkiyə superliqasında növbəti derbi baş tutub. Çempionluğa iddialı `Fənərbaxça` və `Beşiktaş` üz-üzə gəliblər. `Fənər`in kapitanı Aleks 2-ci dəqiqədə hesab açıb. Bu oyunda yeganə qol olsa da oyunda yetərincə maraqlı gərgin anlar yaşanıb. `Beşiktaş`ın bir penaltisinin verilmədiyi, digər penaltisi zamanı isə penaltiyə səbəb verən Bilikanın `11 metrlik` nöqtəni ayağı ilə qazması və amma cəzasız qalması, `Beşiktaş`ın müəmmalı şəkildə 2 futbolçusuna qırmızı vərəqə verilməsi derbiyə daha çox damğa vurub.
İstənilən halda, `Fənər` hər necə də olsa qazandığı qələbəylə liderə daha da yaxınlaşdı, `Beşiktaş`ın isə titulunu itirməsi demək olar ki, qətiləşdi.
`Fənərbaxça` - `Beşiktaş` 1:0