Bülent Korkmaz:` `Qarabağ` Azərbaycanın ən yaxşı komandasıdır`.

single-news
25 Dek 2009

Bülent Korkmaz:` `Qarabağ` Azərbaycanın ən yaxşı komandasıdır`.



Azərbaycan premyerliqasının 17-ci turunun mərkəzi görüşü heç şübhəsiz Quzanlıda baş tutdu. Son titulların sahiblərinin qarşılaşması qol olmasa belə göz oxşadı. `Bakı`nın `böyük kapitan` ləqəbli baş məşqçisi Bülent Korkmaz macsonrası verdiyi açıqlamada oyunu belə dəyərləndirib:` Bu gün Azərbaycanın ən yaxşı, ən səviyyəli komandasına qarşı oynadıq. Gercəkdən, `Qarabağ` çox dinamik təsir bağışlayır. Bu komandanı çox bəyənirəm. Gənclərdən qurulub. Azərbaycan millisinin əksəriyyəti `Qarabağ`ın futbolçularından ibarətdir. Klub rəhbərliyini təbrik edirəm. Çox düzgün yol tutublar. İstərdim `Bakı` da bu sistemdən yararlansın.Qarşıdan gələn illərdə bu sistemi tətbiq etməyimizi çox istərdim. Oyuna gəlincə isə, nəticədən deyil, mücadilədən razı qaldım`.

`Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov fikrini belə ifadə etdi:`Bakı`nın oyunlarını analiz etmişdik. Son zamanlar çıxışdadırlar. Qış fasiləsindən sonra daha yaxşı təsir bağışlayacaqlar. Yaydan etibarən 32 oyun keçirmişik. Bu istər-istəməz komandada yorğunluq yarada bilərdi. Meydanın ağır olmasına baxmayaraq hər 2 tərəf sona qədər mübarizə apardı. Nəticəni normal qəbul edirəm. Yolumuza davam edirik.`

Paylaş

// pop up