Bülent Korkmaz "Qarabağ"a həsəd aparır (fanat.az)
Bülent Korkmaz "Qarabağ"a həsəd aparır (fanat.az)
Qurban Qurbanov: "Yaydan etibarən 32 oyun keçirmişik, bu oyunların yorğunluğu özünü göstərdi"
Fanat: "Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Təəssüf ki, istəyimizə çaya bilmədik. Yaydan etibarən 32 oyun keçirmişik. Bu oyunların yorğunluğu özünü göstərdi. Buna baxmayaraq, komandamız bu gün axıra kimi mübarizə apardı". Fanat.az xəbər verir ki, bu sözləri "Bakı" ilə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
"Bakı"nın baş məşqçisi Bülent Korkmaz isə komandasının "Qarabağ" səviyyəsində olmasını istəyir: "Azərbaycanın ən yaxşı komandasına qarşı mübarizə apardıq. "Qarabağ"ın heyətinin əsas hissəsi gənclərdən təşkil olunub. Gələcəkdə "Bakı"nı da bu cür görmək istərdim. Futbolçularım meydanda sona qədər mübarizə apardılar. Nəticə məni qane etməsə də, oyundan razı qaldım".