BÜTÜN DİQQƏTLƏR CƏNUBA YÖNƏLİB...
14 May 2005
BÜTÜN DİQQƏTLƏR CƏNUBA YÖNƏLİB...
Azərbaycan Futbolunun iki çempionluğa iddialı klubu - "Qarabağ" və "Xəzər-L" sabah üz-üzə gələcəklər. Bütün
Futbol ictimaiyyətinin qəlbi həmin gün məhz Lənkəranda döyünəcək. Çünki, bu matçda liderliyin taleyi həll olunacaq.
"Xəzər-L"nın heyətində elə bir problem yoxdur. "Qarabağ"da ötən matçı cəzasını görə buraxan Vadim Vasilyev artıq bu matçda forma geyinə biləcək. Aslan Kərimovun da zədəsi artıq sağalıb.
Bu gün səhər saatlarında "Qarabağ" Futbol Klubu "Xəzər-L" - "Qarabağ" matçının keçiriləcəyi Lənkəran şəhərinə yola düşdü. Saat 18:00-da matçın keçiriləcəyi stadionda bir saat məşq edəcək komandada əhval - ruhiyyə yüksəkdir. Oyunçular hamısı yalnız qələbə üçün meydana çıxacaqlarını deyirlər. Baş məşqçimiz İqor Ponomaryov da belə düşünür.Onun fikirlərini diqqətinizə çatdırırıq:
" Hər iki komanda güclü heyətə malikdir və əvvəlcədən də deyə bilərəm ki, maraqlı mübarızənin şahidi olacağıq. Rəqibin Samir Əliyev, Oktay, Lıçkin kimi təcrübəli futbolçuları var. Lakin mənim komandamda olan demək olar ki, bütün futbolçular Azərbaycan Futbolunda öz sözünü demişlər. Bu qarşılaşmada da mən futbolçularıma inanıram. Gözəl futbol nümayiş etdirib, sərfəli nəticə- qələbə ilə Bakıya qayıdacağıq. Sonda Azərbaycan Futbolunun qazanacağını bildirmək istəyirəm."
Bu matçda kimin qalib gələcəyindən asılı olmayaraq hər şeyin idman, ədalət prinsipləri üzərində qurulacağına inanırıq.