“Builki avrokubok oyunları yaxşı təcrübə oldu”

single-news
13 Dek 2024

“Builki avrokubok oyunları yaxşı təcrübə oldu”



Avropa Liqasında Liqa mərhələsinin altıncı turu çərçivəsində keçirilən “Elfsborq” (İsveç) - “Qarabağ” matçından (1:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında görüş barədə fikirlərini bildirib:

 

“Yaxşı müdafiə olunan komandaya qarşı oynayırdıq. Təəssüf ki, məğlub olduq. Halbuki bura qələbə qazanmaq üçün gəlmişdik. Futbolçularım sona kimi mübarizə apardılar. Sadəcə, futbol səhvlər üzərində qurulub. Ani diqqətsizlik nəticəsində qapımızda qol gördük. İstənilən halda futbolçularıma təşəkkürümü bildirirəm. Bu il çox əziyyət çəkdilər. Daha da böyümək üçün irəli baxmalıyıq. Builki avrokubok oyunları yaxşı təcrübə oldu”.

 

Baş məşqçi qış transfer dönəmində heyətə yeni oyunçu cəlb etməyə çalışacaqlarını deyib: “Hər il komandaya yeni oyunçular cəlb etməyə çalışırıq. Ancaq bu o demək deyil ki, əlimizdəki futbolçuları göndərməyi düşünürük. Yeni oyunçu axtarışındayıq. Transfer dönəmində bir neçə yenilik etmək istəyirik. Bu da gedişatdan asılıdır”.

Paylaş

// pop up