Bundesliqadan `Qarabağ`a!!!

single-news
23 İyn 2012

Bundesliqadan `Qarabağ`a!!!



`Qarabağ`ımızın 2012-2013 mövsümü üçün transfer çalışmaları sürətlə davam edir. Elnur Abdulovun ardından daha bir keçid rəsmiləşib. Daim öz fəlsəfəsinə üstünlük verən komandamız dünyanın ən güclü çempionatlarından sayılan Almaniya bundesliqasından oyunçu transfer edib. `Qarabağ`ımız  cari mövsüm `Köln`ün şərəfini qorumuş və 2 matçda start heyətində çıxmış Miro Varvodiçi sıralarına qatıb. 1989-cu il təvəllüdlü qolkiper 191 sm boy malikdir. `Köln`ə qədər ölkəsində `Hayduk`un futbolçusu olub. Xorvatiyalı ölkəsinin aşağı yaş komandalarının şərəfini qoruyub. 23 yaşlı qolkiper böyük hədəflərinin olduğunu bildirib:``Qarabağ`a gəlməyim heç də təsadüfi deyil. Bilirəm ki, bu il olmasa da, yeni komandam daim avrokuboklarda çıxış edir və qənaətbəxş nəticələr əldə edir. Bura uğur qazanmaq üçün gəlmişəm. İnanıram ki, ən yaxşısını edib `Qarabağ`la çempionluq yaşayacam. Və təbii ki, avrokuboklarda uğur qazanmaq da əsas arzularımdan biridir`.
Xatırladaq ki, Varvodiçlə 2 illik müqavilə bağlanıb.

Paylaş

// pop up