"Bursaspor" "Qarabağ"a təşəkkür etdi (fanat.az)

single-news
4 İyn 2010

"Bursaspor" "Qarabağ"a təşəkkür etdi (fanat.az)



İbrahim Yazıçı: "Birlikdə daha böyük uğurlara sevinmək arzusu ilə..."

Fanat: "Qarabağ" uzun müddətdir dostluq etdiyi "Bursaspor"u tarixində ilk dəfə Türkiyə çempionu olması münasibəti ilə təbrik edib. Fanat.az xəbər verir ki, Bursa təmsilçisi də ağdamlılara borclu qalmayaraq, kluba təşəkkür məktubu göndərib.
Klub prezidenti İbrahim Yazıçının imzasıyla "Bursaspsor" camiəsi adından "Qarabağ"ın direktoru Əmrah Çəlikələ göndərilən məktubda klub başçısı "Qarabağ"a sevinclərini paylaşdıqlarına görə təşəkkür edib və birlikdə daha böyük uğurlara sevinmək arzusunu ifadə edib.

Paylaş

// pop up