`Bursaspor` `Qarabağ`a təşəkkür etdi
`Bursaspor` `Qarabağ`a təşəkkür etdi
Məlum olduğu kimi `Qarabağ`ımız qloballaşan futbol dünyasında peşəkarlıq yolunda atdığı addımlarla irəliyə doğru addımlamaqdadır. Artıq bir sıra klublarla əməkdaşlıq edən, eyni zamanda münasibətlər yaradan komandamız dostlarımızın uğuruna sevinməkdədir. Belə ki, cari mövsümdə 2 dost klub həm `Tvente`, həm də `Bursaspor` tarixlərində ilk dəfə çempion olublar. Özəlliklə, `Bursaspor`un uğuru daha böyük səs-küy gətirdi.
Artıq uzun müddətdir `yaşıl timsahlar`la dostluq edən klubumuz `Bursaspor`u çempionluqla bağlı təbrik edib. Bursa şəhərinin eyni adlı təmsilçisi də borclu qalmayıb və klubumuza təşəkkür faksı göndərib. `Bursaspor`un prezidenti İbrahim Yazıçının imzasıyla Bursaspsor` camiəsi adından `Qarabağ`ımızın direktoru Işık Emrah Çelikelə müraciətən göndərilən məktubda klub başqanı `Qarabağ`a sevincləri paylaşdıqlarına görə təşəkkür etmiş və birlikdə daha böyük uğurlara sevinmək arzusunu ifadə etmişdir.