CAHANGİR "QARABAĞ"IN FORMASINI GEYDİ (FUTBOL+, 09.08.2005)

single-news
9 Avq 2005

CAHANGİR "QARABAĞ"IN FORMASINI GEYDİ (FUTBOL+, 09.08.2005)



Cahangir Həsənzadənin klubsuz günlərinin ömrü az oldu. "Futbol+"in ötən sayına müsahibəsində artıq bir neçə təklif aldığını deyən sabiq "Neftçi"li dünən seçim etdi. Avqustun 4-də 26 yaşını tamamlayan qapıçının buna qədər OMİK, "Fərid", "Şəfa", "Neftçi", "Volın" və "Tavriya"nın da şərəfini qoruduğunu xatırladaq. O iki dəfə ölkə çempionu olub və iki dəfə də kuboku başı üzərinə qaldırıb.

Paylaş