Cəfərquliyev Premyer Liqada 100-cü oyununu keçirdi

single-news
26 Fev 2024

Cəfərquliyev Premyer Liqada 100-cü oyununu keçirdi



Elvin Cəfərquliyev Premyer Liqada 100-cü oyununu keçirib. “Qarabağ”ın   24 yaşlı müdafiəçisinin yubileyi XXIV turun “Sumqayıt”la matçına (2:0) təsadüf edib.

Debütü 2019/20 mövsümündə gerçəkləşən futbolçumuz 100 oyunda 8 qol vurub. O, “Sumqayıt”da 17 matçda 2, “Qarabağ”da 83 görüşdə 6 dəfə fərqlənib.

Paylaş