Çəlikəl "Qarabağ"ın durumunu təhlil etdi (futbol+ 01.09.08)
2 Sen 2008
Çəlikəl "Qarabağ"ın durumunu təhlil etdi (futbol+ 01.09.08)
Keçən mövsümün çempionunu müəyyənləşdirən "Qarabağ"ın bu il premyer-liqada daha iddialı olacağı gözlənilirdi. Klub rəhbərliyi müəyyən çək-çevirdən sonra yayda yürütdüyü gözəgəlimli transfer siyasətiylə daha yüksək yerlər uğrunda oynamaq istəyini futbol ictimaiyyətinə aşkar şəkildə bildirdi. Təsadüfi deyil ki, Artim Şakiri kimi tanınmış futbolçu da bu komandaya transfer olundu. Amma kollektivi çempionata hazırlayan Rasim Karanın birinciliyin başlanmasına sayılı günlər qalmış postunu tərk etməsi komandanın bugünkü çıxışında öz fəsadlarını göstərməkdədi.
Türkiyəli çalışdırıcının gedişindən sonra premyer-liqada mübarizəyə başlamağa razılıq verən Qurban Qurbanov isə hələ də "sərkərdəsi" dönük çıxmış "qoşun"a öz taktikasını mənimsədə bilmir. Gənc mütəxəssis geridə buraxdığımız 4 çempionat oyununda müxtəlif taktiki sxemləri sınasa da, hələ beynindəkiləri meydana köçürməyi bacarmayıb. Komandanın həm arxa xəttində rəngarəng səhvlər, həm də hücumunda kifayət qədər çatışmazlıqlar nəzərə çarpır. Meydandakı futbolçuların oyun zamanı bir-biriylə zəif anlaşması isə xətlərarası əlaqələrdə problemlər olduğunun göstəricsidi. Belədə kollektivin bu cür çıxışı mövsümün əvvəlində dəyərli xalların itirilməsiylə nəticələnir ki, bu da öz növbəsində klub rəhbərliyinin mövsüm öncəsi planlaşdırdığı çıxışın alınmaması anlamındadı. Ağdam komandasının hazırki durumuna rəhbərliyin münasibətini öyrənmək üçün "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəllə söhbətləşdik.
- Əlbəttə, çempionat başlamamış indikindən daha yaxşı oynayacağımızı düşünürdük. Yenilgiləri tam olaraq Karanın gedişiylə bağlamaq tam düzgün deyil. Sadəcə, komanda çalışdırıcısını dəyişdiyinə görə taktiki və anlaşma planında müəyyən problemlər yaşayır. Bunu biz də görürük və yaxın günlərdə işlərin qaydasına düşəcəyinə ümid edirik.
- Hər halda Karanın öz postunu tərk etməsi komandada hiss olunur. Deyərdim ki, onun məlum hərəkəti "Xəzər-Lənkəran"a da, "Qarabağ"a da kifayət qədər təsir etdi. Siz necə düşünürsüz?
- Əlbəttə, söylədikləriniz danılmazdı. Amma bir sıra başqa diqqətçəkən nüanslar da var. Karanın yaxınlarda "Xəzər-Lənkəran"a gətirdiyi türkiyəli futbolçuları misal çəkmək lap yerinə düşər. Bu oyunçular Türkiyə toplanışında əslində "Qarabağ"a da təklif oluna bilərdi. Dərininə getsək, çox şey söyləmək mümkündü. Amma necə deyərlər, daha olan olub, keçən keçib. Biz yalnız gələcək haqda düşünməli, planlarımızı sabah üçün qurmalıyıq. Bizim çıxış yolumuz budu.
- Qurbanov məğlubiyyətləri sıralamağa davam etsə də, yanvara qədər öz postunda qalacaq?
- Onun yerinə Fatih Terimi də gətirsəydik, bütün oyunlarda qələbə qazana bilməyəcəkdik. Qurbanovun komandaya gəlişi elə bir vaxtda oldu ki, həmən dönəmdə heç kəsdən birbaşa yüksək yerlərə oynamaq tələb edə bilməzdik. Qurban müəllim bu yükü çiyinlərinə götürübsə, ona dəstək verməliyik. Klubda çatışmazlıqlar var. Ancaq yeni baş məşqçimizin bu yöndə irəliləyişə nail olmaq üçün sentyabrda iki həftə vaxtı olacaq. Millinin DÇ-nin seçmə mərhələsində görüşləriylə əlaqədar belə bir pəncərə yaranacaq. Onun necə irəliləyişə nail olduğunu həmən vaxtdan sonra görə biləcəyik. "Qarabağ"ın hazırkı çalışdırıcısı müsbət yöndə işlər görmək bacarığındadı. Ancaq istənilən halda tam uğursuzluğa uğrasaq, çalışdırıcımızla yenidən bu mövzuda danışıqlar olacaq. Qurbanovun burda yanvara qədər özünü necə göstərəcəyi əsasdı. Qış fasiləsində bizimlə qalıb-qalmaması həmən zamanadək ortaya qoyacağı işdən asılıdı. Qurban müəllimlə çox yaxşı münasibətlərimiz var. Peşəkar klub isə işdə tam peşəkar düşüncələrə sahib olmalıdı.
- Zaur Ramazanov və Emin İmaməliyev kimi klublarından son anda qopmuş oyunçuların "Qarabağ"ı seçməsində Qurbanov amilinin xüsusi rolu varmı?
- Bəli. Onların bizimlə anlaşmasında baş məşqçimizin futbolçuları yaxından tanıması əhəmiyyət kəsb edib. Zaurla Emini bizim komandaya Qurbanov gətirib. Ancaq şübhəsiz ki, klub rəhbərliyinin razılığıyla.
- Yeri gəlmişkən, Zaur psixoloji sarsıntı keçirirmiş kimi görünür. Hələ də öz oyununu tapa bilmir.
- Bu faktdı ki, Ramazanov mövsüm öncəsi komandayla məşqlərdə olmayıb. Yeni gəlməsi, uyğunlaşma dövrü də şərtdi. Zaurla şəxsən söhbət etmişik. Ona əsl çıxış səviyyəsinə qovuşmaq üçün lazım olan qədər dəstək verməyə hazırıq. Emin isə özünü yuvasına dönmüş kimi hiss edir. Uyğunlaşmasında problem yoxdu.
- Yadınızdadısa, müsahibələrinizin birində Karanın gedişindən sonra futbolçuların ikiqat əzmlə çıxış edəcəyini söyləmişdiz. Yanılmamısız?
- Mən yenə də komandada psixoloji sarıdan ciddi problem görmürəm. Söylədiyim kimi, çatışmazlıqlar taktiki, texniki yöndədi. Amma bəzən psixoloji hazırlıq sərhədlərindən çıxaraq arxayınçılığa çevrilir. Bax, bu müəyyən fəsadlarla nəticələnir.
- Son olaraq komandadakı qüsurları nə ilə izah edərdiz?
- Bu bir qədər bizdən, futbolçulardan, Qurbanovdan asılı olmayan səbəbdəndi. Ermənilərin torpaqlarımızı işğal etməsində bizim günahımız nə qədərdirsə, klubumuzun hazırkı enişində də o qədər suçluyuq.